AzMİU-nun Debat klubu Bakı Gənclər Debat forumunun qalibi olub [14.06.2022]


         Azərbaycan Memarlıq və İnşaat Universitetinin Debat klubunun “Hələ də ehtimal var” komandası 28 May - 11 İyun tarixində yekunlaşan Bakı Gənclər Debat forumunun 2022 Yaz mövsümünün qalibi olub. Finalda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə yarışan tələbələrimiz rəqiblərini udaraq Respublika Gənclər Debat Forumunda Bakı şəhərini təmsil haqqını qazanıblar. 
         Məlumat üçün qeyd edək ki, Forumda AzMİU Debat klubunu  “The beatles”, “Amphibian”, “NKvD”, “Doğruya doğru”, “Hələ də ehtimal var” adlı 5 komandamız təmsil edib. Forumun qalibi olan “Hələ də ehtimal var” komandasının spikerləri Nuray Sadıqova, Vüqar Məmmədov və Məhəmməd Mehdiyevdir. 
         Komandamıza Respublika Forumunda uğurlar diləyirik, onların bu sınaqdan da qalib kimi, kubokla qayıdacaqlarına inanırıq. 
 

16-06-2022