AzMİU tələbələri "Drop by drop" startap layihəsinin tətbiqinə əsaslanan diplom işi hazırlayacaqlar

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin tələbələri ali təhsil müəssisələrimiz arasında ilk dəfə startap üzərindən iki müxtəlif  diplom işi işləyəcəklər. Belə ki, Memarlıq fakültəsininn tələbəsi Nüranə Babayeva “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin memarlıq-landşaft layihəsi” və ST və MKS fakültəsinin tələbəsi Günay Mirhəsənova “Böyükşor gölünün sahilində tələbələr üçün salınan asudə vaxt mərkəzinin əsas binasının ventilyasiya və kondisioner sistemlərinin layihələndirilməsi”  mövzusunda yazacaqları diplom işində “Drop by drop” adlı startapdakı yeniliyi konkret layihədə gerçəkləşdirəcəklər. 
     Bu məqsədlə texniki hissənin işlənməsi  Memarlıq fakültəsinin müəllimi Fərid Kərimov və ST və MKS fakültəsinin müəllimi Samirə Əkbərovanın rəhbərliyi altında həyata keçiriləcək. 
     Onu da qeyd edək ki, birgə layihənin işlənməsi tədrisdə yenilik olan PBL tədris metodikasının təməl prinsiplərinə uyğun olaraq təhsilin inkişafına müsbət töhfə verəcək. Eyni zamanda tələbələrə praktik işdə real təcrübə qazanmağa  imkan yaradacaq. 


   
 

12-01-2022