Memarlıq fakültəsinin tələbələrinin “Şəkinin mədəni və memarlıq irsi” adlı təqdimatı  “Dünya Florensiyada” adlı sərgidə nümayiş olunub

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri və tələbələri nüfuzlu Romualdo Del Bianco Fondu və Life Beyond Tourism hərəkatının təşkilatçılığı ilə 24 - 26 noyabr tarixlərində online formada keçirilən “Dünya Florensiyada” adlı tədbirə qoşulub. Fondun üzvü olan müxtəlif ölkələrin universitetlərinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd Life Beyond Tourism hərəkatının fəaliyyəti, “Dünya Florensiyada” adlı sərginin açılışı və AzMİU-nun  təqdim etdiyi işlərin sərgilənməsi idi. 
          Tədbirin açılışı günü AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamlama video çarxı nümayiş olunub. Rektor tədbir iştirakçılarına öz salamlarını çatdırıb, Fondun işinə uğurlar arzulayıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşıda duran perspektivlərindən danışıb. 
          Rektorun çıxışından sonra AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Haciyeva “Pandemiyadan sonra mirasın qorunması: yeni tendensiyalar və yanaşmalar” adlı məruzəsini təqdim edib. Tədbirdə Memarlıq fakültəsinin tələbələrindən ibarət işçi qrupunun “Şəkinin mədəni və memarlıq irsi” adlı təqdimatı da nümayiş olunub.  
 

08-12-2021