AzMİU-da müəllimlər üçün  “Tədrisdə PBL metodunun tətbiq olunması” haqqında seminar keçirilib

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ingilis dilində dərs deyən müəllimləri üçün Niderland Maastrixt Universitetinin professoru Vim Grutun iştirakı ilə “Problem-based learning (PBL)” metoduna həsr olunmuş seminar keçirilib.  Seminarda müxtəlif kafedralardan 25-ə yaxın müəllim iştirak edib. 
     Seminarın əsas məqsədi tələbələrin peşəkar sahədə inkişafına təkan verməsi üçün PBL metodunun konseptlərindən istifadə etməsinin müzakirəsi idi. 
     Universitetin müəllimləri təcrübələrinə əsasən bildiriblər ki, PBL metodu tələbələrdə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünü qiymətləndirmək, əməkdaşlıq etmək, başqalarını dinləmək, birgə həll yollarını müəyyənləşdirmək və qərar qəbul etmək kimi bacarıqları daha yaxşı inkişaf etdirir. 
     Eyni zamanda PBL metodunun tətbiqi üçün istifadə olunan “İntroduction to problem-based learning” kitabı geniş müzakirə olunub.


 

02-12-2021