Fransızdilli və ingilisdilli tələbə və əməkdaşların diqqətinə!

     Fransada təhsil almağı planlaşdıran fransızdilli və ingilisdilli tələbə və əməkdaşların diqqətinə:

     Fransa ali təhsil müəssisələrinə sənəd qəbulu prosesində dəyişikliklər olunub ! Campus France Azərbaycan təhsil mərkəzi « Etudes en France » (EeF) elektron platformunun tətbiqinə başlayıb. Azərbaycanda yaşayan azərbaycanlı tələbələrin 2022-2023-cü tədris ilində Fransa universitetlərinə qəbul olmaq üçün bütün müraciətləri eksklüziv olaraq "Etudes en France" elektron platforması vasitəsilə aparılır və müraciətlər tez bir zamanda aşağı qed olunan platformaya göndərilməlidir :

https://pastel.diplomatie.gouv.fr/.../authenti.../login.html

     Qeydiyyat ən geci aşağıdakı tarixlərdə edilməlidir :

     1/ 15 dekabr 2021-ci il tarixinədək : Bakalavrın birinci kursuna qeydiyyatla bağlı ilkin qəbul müraciətləri (DAP) üçün

     2/ 1 yanvar 2021-ci il tarixinədək : bütün digər müraciətlər üçün (bakalavrın 2-ci kursundan magistratura pilləsinin sonuncu kursunadək və doktorantura müraciətləri)

     Bu prosedur ödənişlidir və qeydiyyat haqqı hər tələbəyə görə 100 AZN təşkil edir.

     Prosedurun izahlı təlimatı : https://bit.ly/3FuXj1C

     Bütün ətraflı məlumat və ya dəstək üçün, Campus France Azərbaycan təhsil mərkəzi ilə əlaqə saxlayın :

     Tel : 051 207 02 95

     Email : [email protected]

     Ünvan : Azərbaycanda Fransız İnstitutu, Füzuli küçəsi 67

     II-V günlər : 9.00-13.00 və 14.00-18.00

     VI gün : 9.00-17.00

23-11-2021