AzMİU növbəti dəfə U-Multirank beynəlxalq reytinq sistemində “A” kateqoriyasına layiq görülüb

           Azərbaycan  Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il növbəti dəfə Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemi olan U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub. Universitetin  fəaliyyəti  Avropa ekspertləri tərəfindən qiymətləndirilib və 8 göstərici üzrə yüksək nəticə əldə olunub. “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyalar üzrə ekspertlər tərəfindən qiymətləndirilən universitetlər arasında AzMİU “A” kateqoriyasını alıb.

            Məlumat üçün qeyd edək ki, U-Multirank Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. U-Multirank reytinq sıralamasının bu ilki buraxılışında 97 ölkədən 1948-ə yaxın universitet 5 meyar – tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib. Universitetlər bu bazaya daxil olmaqla tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərinə əsaslanaraq, tələbələr onları maraqlandıran universitetlər haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər. AzMİU 2015-ci ildən hər il ənənəvi olaraq bu reytinq sisteminə daxil olur.

          Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://www.umultirank.org/study-at/azerbaijan-university-of-architecture-and-construction-rankings/

 

 

16-10-2021