AzMİU-nun professoru “Xarı Bülbül” medalı ilə təltif olunub

       Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Meliorasiya və su təsərrufatı tikintisi kafedrasının professoru, aqrar elmləri doktoru Hamlet Aslanov “Qafqaz-Media” İctimai Birliyi İdarə Heyətinin qərarına əsasən “Xarı Bülbül” medalı ilə təltif olunub. Alimin cəmiyyətdəki fəal ziyalı mövqeyi, gənclərdə vətənpərvərlik hislərini aşılaması, milli-mənəvi dəyərlərimizin qorunmasındakı fəaliyyəti və s. nəzərə alınıb. 

     Dəyərli alimimiz Hamlet Aslanovu “Xarı Bülbül” medalı alması münasibətilə təbrik edir, ona cansağlığı, elmi yaradıcılığında uğurlar arzulayırıq!

20-10-2021