AzMİU-nun “Gənc müəllimlər” məktəbində  növbəti seminar keçirilib

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı  ilə “Gənc müəllimlər” məktəbinin 2021-ci il üçün nəzərdə tutulmuş növbəti seminarlarından biri keçirilib.  Covid 19 pandemiyası səbəbindən karantin  qaydalarına uyğun olaraq  bu il də seminarlar onlayn formada keçirilir.

           Bu gün “Gənc müəllimlər” məktəbinin növbəti IV seminarı baş tutub. AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov  tərəfindən keçirilən seminar “Distant tədrisin təşkili və gələcək perspektivləri” adlı mövzuya həsr olunub.  A.Qasımov  gənc kadrlarla dəyərli fikirlərini bölüşüb, məsləhət və tövsiyələrini verib. 

           Seminar mövzu ətrafında maraqlı diskussiya və fikir mübadiləsi ilə davam edib.

           Qeyd edək ki, “Gənc müəllimlər” məktəbində  növbəti seminarlar davam etdiriləcəkdir.

24-10-2021