RIBA tələbələri üzv olmağa çağırır

          Universitetimizin Memarlıq fakültəsi memarlıq sahəsində dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alıb. Avropada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, o cümlədən İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanacaq. Onu da qeyd edək ki, memarlıq təhsili alan tələbələrimiz RİBA-nın üzvlüyünü alır.  

          RİBA üzvlərini qlobal səviyyədə dəstəkləmək üçün 18 ay əvvəl RIBA International proqramını yaradıb. Bu il ilk 2 beynəlxalq ofis Körfəzdə və Çində açılıb və Körfəz, Sinqapur, Şri-Lanka, Hong Kong, ABŞ və Çində cəmi 6 Beynəlxalq bölmə fəaliyyət göstərir: https://www.architecture.com/my-local-riba/riba-international

          RİBA beynəlxalq fəaliyyətini genişləndirmək çərçivəsində, öz tərəfindən təsdiqlənmiş memarlıq məktəbləri şəbəkəsi ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.

          Tələbələr  qarşıdakı tədbirlər haqqında məlumatı aşağıdakı linklər vasitəsilə ala bilərlər.

  • RİBA prezidenti Alan Jones-un gələcək memarlıq təhsili və peşəkar inkişafına dair mühazirələri (30 aprel).

https://www.eventbrite.co.uk/e/the-way-ahead-talks-riba-asia-australasia-with-alan-jones-priba-tickets-140862715173

 

  • Tələbələr üçün RİBA Təqdimat videosu

Dizayn Fikirləri yarışması 2021-ci ildə Azərbaycan tələbələri üçün də planlaşdırılır

https://www.architecture.com/knowledge-and-resources/knowledge-landing-page/riba-students-competition-empty-cities-and-silent-spaces

 

  • RIBA Future Architects proqramı

https://www.architecture.com/education-cpd-and-careers/future-architects

 

  • RİBA Tələbə Üzvlüyü

         RİBA tərəfindən akkreditasiya olunmuş proqramda oxuyan tələbələr üçün üzvlük pulsuzdur. Üzvlər oxuduğu yerdən asılı olmayaraq RİBA Tələbə Üzvlüyünün faydalarından yararlana bilərlər.

         Qoşulmaq üçün RİBA Tələbə üzvlük formaları burada: https://www.architecture.com/join-riba/free-student-membership

 

16-03-2021