Elektron kitabxana şöbəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş virtual kitab sərgisi keçirib

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsi 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş virtual kitab sərgisi keçirib. 10 dəqiqəlik video təqdimatda AzMİU-nun xanım müəllimlərinin  müəllif və həmmüməllif olduqları kitablar sərgilənib. 

          Universitetin elektron kitabxanasının təşkil etdiyi sərginin açılışında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti iştirak edib. Sərgi böyük maraqla qarşılanıb. Rektor xanım sərgidə iştirak edən xanımları qarşıda gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. 

          Sərgiyə bu linkə daxil olmaqla baxa bilərsiniz:  https://www.youtube.com/watch?v=EgjgRpNreIU&fbclid=IwAR3EXqCjlPxRausaUmhm3oJqEFivra-QcZ2hYDpNnU_vgEJLxid1-YoGNCI

 

04-03-2021