AzMİU əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər

 

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorluğu, professor-müəllim heyətinin bir qrupu və tələbələr Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.  

          AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və universitetin təmsilçiləri abidəni ziyarət edib, günahsız insanların xatirəsinə ehtiramlarını bildiriblər. Abidənin önünə tər qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

26-02-2021