İnnovativ Biznes İnkubator Mərkəzi  bootcamp keçirib

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzi “Sahibkarların inkişaf ideyalarının paylaşımı” (Sharing of entrepreneur’s development ideas) adlı onlayn formada bootcamp keçirib. Bootcampda 100-dən artıq tələbə və müəllim heyəti iştirak edib.

         Təlimin ilk günü London South Bank University-nin peşəkar eksperti Peter Harrington innovativ sahibkarlıq və real  biznes təcrübələrinə həsr olunmuş maraqlı təqdimatla çıxış edib. İkinci gün isə LSBU-da startaplarını real biznesə çevirən təlimçilər Anjelo və Juliet ilk uğurları, bu prosesdə rastlaşdıqları çətinliklər haqqında məlumat veriblər, hər bir iştirakçıya yüksək motivasiyaya sahib olmağın yollarını izah ediblər. 

         Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlimçilərə çoxlu sayda suallar ünvanlanıb. İki gün davam edən Bootcamp uğurla başa çatıb.

25-02-2021