AzMİU əməkdaşları Erasmus+KA2 GEOCLIC layihəsi üzrə tərəfdaş universitetlərin görüçündə iştirak ediblər

          Avropa birliyinin Erasmus+KA2 GEOCLIC – “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşmasi üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” layihəsinin Azərbaycan, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşlarının ilkin görüşü keçirilib. Toplantıda tərəfdaşlarla tanışlıq aparılmış, Avropa tərəfdaşları ilə birgə keçiriləcək növbəti görüşə hazırlıq, təqdimatların, layihə ilə bağlı sənədlərin hazırlanması, layihənin icrası ilə bağlı ortaya çıxan və gözlənilən problemlərlə bağlı müzakirələr aparılıb. Layihədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbə müdirinin müavini Könül Şirinova iştirak etiblər.

         Xatırladaq ki, Avropa Birliyi ilə müvafiq tərəfdaş ölkələr arasında əməkdaşlığa töhfə vermək, yeni texnologiyalardan istifadə edərək sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək üçün bakalavr, magistr və doktorantura səviyyələrində tədris proqramlarının modernləşdirməsini hədəfləyən GEOCLIC layihəsi 2020-ci ildə qazanılıb.  Layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin koordinatoru Əl-Fərabi Qazax Milli Universitetidir.      

25-02-2021