AzMİU-da İnfo Day keçirilib

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliyanın nüfuzlu Romualdo Del Bianco Fondunun təşkilatçılığı ilə onlayn İnfo Day keçirilib. İnfo Day-in keçirilməsində məqsəd Life Beyond Tourism hərəkatının fəaliyyəti, tələbələr və müəllimlər üçün imkanları və s. barədə ətraflı məlumat vermək olub. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edib, salamlarını çatdırıb, Life Beyond Tourism mərkəzinin açılması və “Florensiya dünyada”, “Dünya Florensiyada” adlı sərginin keçirildiyini qeyd edib. Rektor AzMİU ilə fondun əməkdaşlığının daha da gücləndirilməsini vurğulayıb və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

          Fondun prezidenti Paolo Del Bianco, sərginin müəllifi Corrina Del Bianco, AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov tələbələrə “Florensiya dünyada”, “Dünya Florensiyada” adlı sərgi barədə ətraflı məlumat verib və tələbələri sərgidə fəal iştirak etməyə çağırıb.

             

23-02-2021