AzMİU-da ikinci semestrin dərsləri başladı

                   

           Fevralın 16-dan etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ikinsi semestrin dərsləri başlayıb.  “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a uyğun olaraq universitetdə tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili nəzərdə tutulur.

           Nəzəri fənlər üzrə dərslərin onlayn, laboratoriya işi tələb edən bəzi ixtisaslarda isə ənənəvi qaydada təşkili planlaşdırılıb. Memarlıq fakültəsində dərslər əyani, yəni, ənənəvi qaydada keçirilir.

 

16-02-2021