Beynəlxalq “Qış məktəbi” layihəsində maraqlı master klaslar təşkil olunur

    

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mövcud vəziyyət, pandemiya ilə əlaqədar olaraq onlayn platforma üzərindən gerçəkləşdirdiyi “Qış məktəbi” beynəlxalq layihəsi uğurla davam edir. Əksəriyyəti Rusiya Federasiyasından olmaqla başqa ölkələrin universitetlərindən də 100-ə yaxın iştirakçının qatıldığı layihənin bu dəfəki mövzusu "Pandemiyadan sonra memarlıq və şəhər” adlanır.

          Layihə çərçivəsində universitetin Memarlıq fakültəsinin professor-müəllim heyəti tərəfindən master klaslar təşkil olunub, Heydər Əliyev Mərkəzi, “Yarat” İncəsənət Mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və digər məkanlara virtual səfərlər keçirilib. Layihənin proqramı əcnəbi tələbələr tərəfindən maraqla qarşılanır, onlar master klaslarda və virtual səfərlərdə fəal iştirak edirlər. İlk gündə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, layihənin koordinatoru İsa Muradov əcnəbi tələbələrlə tanışlıq xarakteri daşıyan virtual görüş keçiriblər, universiteti, ölkəmizi, paytaxtımızı yığcam şəkildə tanıdıblar. 

          Növbəti günlərdə Bakı Ağ Şəhərilayihəsinin inksaf rəhbəri Fuad Verdiyev və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının mudiri, professodr Səbinə Hacıyeva əcnəbi tələbələrlə görüşüb, çıxış ediblər. Fevralın 11-də həftənin 5-ci günü Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova Problemyönümlü təhsil mövzusunda əcnəbi tələbələrə master klass keçib. AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Memarlar İttifiqanın sədri Elbay Qasımzadə, Dizayn kafedrasının müəllimi Fəridə Qasımova, memar İnarə Əzimzadə tərəfindən master claslar təşkil olunub. 

         “Qış məktəbi” layihəsi fevralın 17-də yekunlaşacaq.

 

 

12-02-2021