AzMİU əməkdaşları Romualdo Del Bianko Fondunun foto-sərgisində iştirak ediblər

            

        İtaliyanın nüfuzlu Romualdo Del Bianko Fondunun hər il ənənəvi təşkil etdiyi  “Florensiya dünyada, dünya Florensiyada” adlı foto- sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları onlayn formatda iştirak edib. Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva  və Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradovun iştirak etdiyi foto-sərgidə təmsilçilərimiz AzMİU rektorunun salamlarını bütün iştirakçılara çatdırıb və foto- sərginin keçirilməsində təşkilatçılara və iştirakçılara uğurlar arzulayıblar. Məlumat üçün qeyd edək ki, fevralın 22-də universitetimizdə məlumat günü və bu sərginin universitetimizdə AzMİU-da keçirilməsi nəzərdə tutulur. 

         Xatırladaq ki, AzMİU uzun illərdir ki, Romualdo Del Bianko Fondu ilə sıx və genişmiqyaslı əməkdaşlıq edir. 2004-cü ildən başlayan birgə fəaliyyət nəticəsində tələbələr üçün hər il birgə vorkşoplar, festivallar və digər tədbirlər keçirilir.  Fondun layihəsi olaraq AzMİU-nun sektoru nəzdində “Life Beyond Tourism” Mərkəzi formalaşdırılıb. Mərkəz universitetimizin tələbə və müəllimlərinin fondun layihələrində fəal iştirakını, mədəniyyətlərarası dialoqun təmin edilməsini nəzərdə tutur. 

 

12-02-2021