AzMİU alimlərinin məqalələri Web of Science bazasına daxil olan nüfuzlu jurnallarda dərc olunub

           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev, kafedranın professoru Nailə Musayeva və kafedranın dosenti Nərmin Rzayevanın   “Küy siqnallarının ənənəvi korrelyasiya analizinin xətalarının aradan qaldırılmasının yeni texnologiyalarının işlənib hazırlanması” adlı məqaləsi ABŞ-ın hesablama texnikaları üzrə nüfuzlu  “Measurement  Technıques” jurnalında n əşr olunub. Məlumat üçün qeyd edək ki, jurnal “Web of Science” (Clarivate Analytics) elmmetrik bazasına daxildir.

          Materialşünaslıq kafedrasının dosenti Aydın Yəhyayevin “Kompleks qırıntılarlatörəmə vələs meşələrində  istifadə Şərq fıstıqının payının bərpası” adlı məqaləsi isə Çexiyanın nüfuzlu “Journal of forest scıence”-da 2021-ci ilin ilk sayında dərc olunub.

10-02-2021