Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası layihəsi

          Bu layihə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinində təhsil alan tələbələrin təşəbbüsü ilə olan layihədir.  Bu layihənin əsas məqsədi o idi ki, Azərbaycanın tarixi şəhəri olan Şuşa şəhərinin nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpası idi. Layihə bir il bundan əvvəl başlanıb. 

          Layihəyə qeyd olunan linkə keçid edib baxa bilərsiniz: https://www.youtube.com/watch?v=8QactPW2y7k&t=18s

Layihənin iki əsas məqsədi var:

  • Şuşa şəhərinin memarlıq irsinin qorunması: Şuşanın abidələri barəsində tarixi məlumatların toplanılması, və bunun nəticəsində abidələrin bərpa olunması.
  • Şuşada şəhərsalma strukturuna dair inkişaf layihələri, ümumiyyətlə Şuşada əlverişli, müasir tələblərə uyğun yaşayışın təmin olunmasıdır.

          Məqsədlərə uyğun olaraq bir qrup tələbə şəhərsalma strukturunun inkişafının üzərində işləyirdi, onlara rəhbər olaraq Universitetimizin dosenti, Azərbaycanın əməkdar memarı Yeganə xanım Hacıyeva idi. Digər tələbələr isə abidələrin bərpası istiqaməti üzrə işləyirdi. onlara rəhbər olaraq Universitetimizin professoru, memarlıq doktoru Səbinə xanım Hacıyeva idi.

Layihə zamanı 4 nəticə əldə edilmişdir.

1. Şuşanın formalaşmasına dair tarixi məlumatlar.

2. Şəhərsalma strukturunun və inkişaf yollarının öyrənilməsi və layihələrin işlənməsi. 

  • Şüşa şəhərinin mövcud ərazisinin 2040-cı ilə qədər yeni sərhədləri ilə bərabər təyini
  • Şuşa tarixi qoruq ərazisinin sərhəddinin təyin olunması
  • Şuşa şəhərinin bütün tarixi abidələrinin bərpa olunması üçün hər abidənin əhatəsində kişik yaşıllıq mühitinin yaradılması
  • Şuşanın yüngül sənaye zonasının təyini.
  • Şuşanın kurort, sanatoriya zonasının təyini
  • Şuşanın tarixi yaşayış mühitinin bərpası və orada yeni yaşayış mühitinin təyini əraziləri.
  • Şuşanın ümümi yaşıllıq sahəsinin rekreasiya zonasının yeniləşməsi
  • Şuşa üçün eko turizm marşrutunun təyini
  • İctimai binaların, yeni tikililər üçün ərazilərin ayrılması. Küçələrin şəhər ətrafı kateqoriyalarının bölünməsi, ayrılması. Piyada turist marşrutlarının təyini proyektoriyası.

3. Ayrı-ayrı  memarlıq abidələrin bərpası, ümumiyyətlə Şuşanın memarlıq- tarixi irsinin qorunmasına dair layihələrin işlənməsi.

  • Şuşanın ayrı-ayrı memarlıq abidələrinin arxivlərdən eskizləri, cizgiləri, fotoşəkilləri və s  kimi məlumatlar götürülərək onların tarixi, memarlıq-dekorativ xüsusuyyətləri tədqiq edilmiş, internet resurslardan indiki vəziyyəti araşdırılıb və eskiz-bərpa layihələri işlənmişdir.
  • Abidələrdə işğalçılar tərəfindən qeyri qanuni aparılan saxta işlər aşkarlanmışdır
  • Bərpa layihələri təqdim edilən abidələrin 3-D görünüşü içlənmişdir.

4. layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutu təqdim edilmişdir.

Layihəyə qeyd olunan linkə keçid edib baxa bilərsiniz: https://www.youtube.com/watch?v=8QactPW2y7k&t=18s

03-02-2021