AzMİU-da müəllimlər imtahanqabağı tələbələrə konsultasiyalar keçir

      Azərbaycan Memarlıq və İnşaat Universitetində  2020/2021-ci tədris ilinin payız semestri sona çatır. Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbilə ötən semestrdə olduğu kimi bu semestrdə də dərslər onlayn “Zoom” platforması üzərindən aparılıb. Bütün fakültələrdə dərslər demək olar ki, artıq yekunlaşıb. İmtahana düşəcək suallar, eyni zamanda imtahanları əhatə edən elektron dərs vəsaitləri  tələbələrin şəxsi kabinentlərinə yerləşdirilib. 

      Qeyd edək ki, semestr ərzində keçirilən fənləri tədris edən müəllimlər onlayn qaydada tələbələrlə imtahan öncəsi konsultasiyalar keçirib.  Əvvəlcədən təyin olunmuş vaxtlarda tələbələrə suallarla bağlı ətraflı izahlar verilib. Zərurət yarandıqda  müəyyən dərslərdən əlavə seminarlar, çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr müəllimlər tərəfindən  təşkil olunub.

 

07-01-2021