“Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək

     30-31 mart 2021 - ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.

Keçirilmə yeri: Azərbaycan Memarlıq və İnşaat Universiteti.

Materialların elektron versiyasının son təqdim etmə tarixi: 01.03.2021-ci il.

Konfrans proqramının göndərilməsi: 15.03.2021-ci il.

 

     Konfrans materiallarının təqdim olunmasına qoyulan tələblər

Konfransın əsas istiqamətləri:

I Bölmə: Qarabağ regionunun yaşayış və sosial-mədəni obyektlərin tikintisi və bərpa problemləri;

II Bölmə: Qarabağ regionunun iqtisadiyyatının ekoloji cəhətdən davamlı inkişaf problemləri;

III Bölmə: Qarabağ regionunun infrastrukturunun müasir vəziyyəti və inkişafının strateji planlaşdırılması;

IV Bölmə: Qarabağ regionun digər iqtisadi rayonlarla iqtisadi əməkdaşlığı.

Konfransın işçi dilləri: Azərbaycan, Rus, İngilis.

Konfrans materiallarının tərtibat qaydaları:

      Materiallar 12 Times New Roman ölçüdə, 1 intervalla, A4 formatda (bütün tərəflərdən 2.5sm sahə) 3-5 səhifə həcmində, xülasə üçün isə 100 sözə qədər həcmində, açar sözlər 5-6 termindən ibarət, cədvəllər Word və ya Excel proqramında cədvəlin üstündə nömrələnməklə, düsturlar 12 şrifti ilə ayrıca obyekt şəklində ardıcıl nömrələnməklə, şəkillər, qrafiklər, diaqramlar bir obyekt kimi qeyd olunmaqla qruplaşdırılmış formada olmaqla adları altda nömrələnməklə, müəlliflərə istinadlar böyük mötərizədə birinci istifadə olunan ədəbiyyatın nömrəsi sonra isə onun səhifəsi məs. [1.s.40], nəticələrdə elmi yenilik, praktiki əhəmiyyət və perspektivlər haqqında qeydlər olmaqla elektron formatda qəbul olunur. Məqalələr antiplagiat proqramı ilə yoxlanacaqdır.

Konfrans materialları elekton toplu və kitab halında dərc olunacaqdır;

Konfrans materiallarının strukturu:

Ø Sağ tərəfdən Bölmənin nömrəsi;

Ø Sol tərəfdən UOT indeksi;

Ø Ortadan böyük hərflərlə BOLD (qara) şriftlə məqalənin adı;

Ø Ortadan BOLD (qara) şriftlə məqalənin məliflərinin elmi dərəsəsi, soyadları, adları və ata adları;

Ø Növbəti sətirdən hər müəllifin iş yeri, vəzifəsi, e-mail ünvanı;

Ø İşin xülasəsi (məqalə azərbaycan dilindədirsə xülasə ingilis dilində, rus dilindədirsə ingilis dilində, ingilis dilindədirsə azərbaycan dilində);

Ø Növbəti sətirdən açar söz və söz birləşməsi (məqalənin öz dilində və ingilis dilində);

Ø Əsas mətn; Xülasə; Ədəbiyyat siyahısı.

Konfransın kecirildiyi ünvan:AZ1073. Bakı şəhəri. A.Sultanova,11 Azərbaycan Memarlıq və İnşaat Universiteti.

Konfransın təşkilat komitəsi ilə əlaqə:

Əmirxan Babaşov - Konfransın elmi katibi, “Sənayenin təşkili və idarə edilməsi” kafedrasının dosenti, i.e.n. Telefon +99450 288 22 47

Konfrans materiallarının təqdim olunması: Məqalələrin elektron versiyası [email protected] ünvanına təqdim olunmalıdır.

Xanım Əliyeva – Telefon +99412 538 94 57 daxili (6-36) ; +99451 725 91 96

21-12-2020