AzMİU-ya qəbul olan I kurs (Sosial baxımdan həssas əhali qrupu) tələbələrinin nəzərinə!

     Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2020/2021-ci tədris ilinin birinci (payız) semestr üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə 15 oktyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulunu aktivləşdirəcəkdir.

     Aşağıdakıların nəzərə alınmasını Sizlərdən xahiş edirik:

  1. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020/2021-ci) ilində qəbul olmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə aparılmalıdır. Bu zaman https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə təhsil müəssisələrində birinci kurs tələbələrin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir və həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.
  2. 2019/2020-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən yuxarı kurs tələbələrinin 2020/2021-ci tədris ilinin payız semestri(yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin (məzunlar istisna olmaqla) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sistemdəki müarciətləri 2020/2021-ci tədris ilinin payız semestri(yarımili) üçün əsas götürüləcək onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu informasiya sistemi tərəfindən avtomatik rejimdə müəyən ediləcəkdir.
  3. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq ilin birinci yarısında sistemə müraciət etməyə və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin payız semestri(yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etməlidirlər.

16-10-2020