Tələbələrin diqqətinə!

          Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Rusiya Federasiyasının Baş Prokurorluğu ilə birgə “Korrupsiyaya qarşı birlikdə” şüarı altında sosial reklam müsabiqəsi elan edir. Müsabiqənin əsas məqsədi gənclərin korrupsiyanın qarşısının alınmasında iştiraka cəlb edilməsi, korrupsiyanın qarşısının alınması üçün sosial antikorrupsiya reklamının hazırlanması və istifadə olunmasıdır.
          Müsabiqədə iştirak etmək üçün “ən yaxşı poster” və “ən yaxşı video çarx” nominasiyaları üzrə işlər cari ilin oktyabr ayının 1-nə qədər qəbul ediləcəkdir. Maraqlanan tələbə və məzunlar “ən yaxşı poster” nominasiyası üzrə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin (İADM) rəhbəri Fərid Kərimova müraciət edə bilərlər. E-mail: [email protected]
          Digər nominasiya olan “ən yaxşı video çarx” müraciəti üçün isə E-mail ünvanı: [email protected]

27-08-2020