Milan Dizayn Film Festivalı bu gün yekunlaşıb

     İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən Milan Dizayn Film Festivalı bu gün yekunlaşıb. Festivalın son günündə daha iki film təqdim olunub.  Ümumilikdə 3 gündə yeddi film nümayiş olunub.

     Bağlanış mərasimində AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, festivalın kuratoru  doktor Silviya Robertazzi çıxış edib, nümayiş olunan filmlərin dizayn ixtisasında oxuyan tələbələrin bilik və bacarıqlarının möhkəmlənməsinə, inkişafına böyük kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.

     Xatırladaq ki, Milan Dizayn Festivalı dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il digər ölkələrlə yanaşı, Azərbaycan da bu siyahıya əlavə olunub və festivalın AzMİU-da keçirilməsi qərara alınıb.

01-11-2019