AzMİU-da “Beynəlxalq Tələbə Həftəsi” başlayıb

      Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində universitetə yeni qəbul olunmuş əcnəbi tələbələr üçün maraqlı və yaddaqalan  tədbirlər planı hazırlanıb. Tədbirlər planında müxtəlif görüşlər, universitetdaxili tanışlıq, paytaxtda ekskursiyalar və s. silsislə tədbirlər nəzərdə tutulub.   
      İlk gündə rektorluqla əcnəbi tələbələrin görüşü keçirilib, onlara universitetin tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri barədə geniş məlumat verib. Bu gün isə əcnəbi tələbələr universitetlə yaxından tanış olublar, Heydər Əliyev muzeyi və Sərgi salonunu gəziblər. Növbəti günlərdə tələbələrin paytaxtla tanışlığı, Bakının görməli, gəzməli yerlərinə səyahətləri planlaşdırılıb. Tədbirlərin sonunda əcnəbi tələbələr arasında  “Bakını nə qədər tanıyırsınız?” adlı yazı müsabiqəsi də  keçiriləcək.  
      Məlumat üçün qeyd edək ki “Beynəlxalq Tələbə Həftəsi” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsidir. 
 

30-10-2019