Məzunlarımızın buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb
6-12 oktyabr tarixlərində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində MOOCAO-nun xətti ilə Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin bazasında Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXVIII baxış -müsabiqəsi keçirilib. Müsabiqəyə 5 ölkədən 200-dən çox iştirakçı qatılıb.
700-dən artıq işin təqdim olunduğu müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Univeritetinin Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, Memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müəllimi İlqar Əliyev iştirak edib. Müsabiqədə nümayiş olunan məzunlarımızın buraxılış işləri yüksək qiymətləndirilib, MOOCAO-nun 1-ci (14 iş) və 2-ci (11 iş) dərəcəli diplomlarına, 1 bakalavr işi isə Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin və RF Memarlar İttifaqının əlavə diplomuna layiq görülüb.
Fakültənin Dizayn kafedrasının müsabiqəyə təqdim etdiyi dərs vəsaitləri də fəxri yerlər qazanıb. Kafedranın müəllimləri dosent Nərgiz Ağayeva–“Mebel və onun interyrdə optimal təşkilat prinsipləri” – 1-ci dərəcəli diploma, dosent Sevda Dadaşova və Təranə Bəkirova - “Mühit dizaynı” - 2 –ci dərəcəli diploma, baş müəllim Leyla Həsənova – “Qrafik dizayn” – 2-ci dərəcəli diploma, baş müəllim Pərviz Əliyev – “Fotoqrafiya kursu” – 2-ci dərəcəli diploma layiq görülüb.
Yekun iclasda müsabiqənin gələn il Tambov şəhərində keçirilməsi qərara alınıb.