Məmmədov Məhəbbət Aşır oğlu – i.e.d., professor, “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri
         1952-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Neft və Kimya institutunu bitirib, iqtisadçı-mühəndis ixtisası almış və Respublika Hesablama Mərkəzində əmək fəaliyyətinə başlamışdır. AR Ali və Orta ixtisas Təhsil Nazirliyində Ali Təhsil və Elm idarəsinin rəis müavini, 2015-ci ilə qədər AR Sənaye və Energetika Nazirliyinin “Dövlət və beynəlxalq proqramlarının hazırlanması və icrasına nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Dövlət qulluğunun müşaviridir.  Əsas iş fəaliyyətilə yanaşı 1977-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində fəaliyyət göstərmiş və 1994-cü ildən “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasına rəhbərlik edir. 1988-ci ildə Moskva İnşaat-Mühəndisləri Universitetində prof. A.E.Leybmanın elmi rəhbərliyi ilə “Tikinti obyektlərinin prioritetliyinin qiymətləndirilməsini nəzərə almaqla tikinti proqramlarının təşkili” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK və Rusiya Federasiyasının Elm, Ali məktəb və texniki siyasət Nazirliyinin Ali məktəb üzrə Komitəsinin qərarı ilə dosent elmi rütbəsi verilmişdir. 2009-cu ildə “Keçid iqtisadiyyatında proqram-məqsədli idarəetmənin təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsi və  professor elmi rütbəsi verilmişdir. Ukrayna Beynəlxalq Kadr Akademiyasının professorudur. Uzun müddət Təhsil Nazirliyinin iqtisadiyyat üzrə Elmi-Metodik şurasının üzvü olmuşdur.                                                                                          AzMİU-da fəaliyyət göstərən D 02.042 Dissertasiya Şurasının sədr müavinidir. AR-nın  Energetika Nazirliyinin  Kollegiyasının üzvü və AAK-ın iqtisadiyyat elmləri üzrə eksperti kimi fəaliyyət göstərmişdir. İqtisadiyyatın bir sıra sahələri üzrə Dövlər Proqramlarının, Tədbirlər Planlarının və İnkişaf strategiyasının hazırlamnası üzrə işçi qrupunun üzvüdür. Təhsil Nazirliyinin və Energetika  Nazirlitinin fəxri fərmanı ilə təltif edilmişdir.
         Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə AR-nın Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O,“Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalın baş redaktorudur.                       
         Prof. M.A.Məmmədovun elmi rəhbərliyi ilə 15 aspirant və doktorant dissertasiya işləri müdafiə etmiş, onlardan 2 doktorant İran İslam Pespublikasının və 1 doktorant Türkiyyə Cumhuriyyətinin vətəndaşıdır. Prof. Məmmədov M.A. Azərbaycan, Almaniya, Macarıstan, Çexiya, Norvegiya, Fransa, Türkiyə, İran, Rusiya və sair xarici ölkələrdə nəşr edilmiş 170-dən artıq elmi əsərin, o cümlədən  4 monoqrafiyanın, 7 dərsliyin, 4 metodik vəsaitin müəllifidir.  

        Qəriov Rahad Tanrıverdi oğlu – t.e.n., dosent. “Tikinti-iqtisad” fakültəsinin dekanı
         1957-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. Azərbaycan Politexnik institutunun “Sənaye və mülki tikinti” ixtisasını fərqlənmə diplomu ilə bititib və Azərbaycan İnşaat - Mühəndisləri İnstitutunda təyinatla "İnşaat mexanikası" kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. O,  həmin kafedrada assistent, baş müəllim və dosent vəzifələrində işləmiş. 2008-ci ildən isə “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında dosent vəzifəsində çalışır. 2000-2013-cü ilədək “Tikinti-iqtisad” fakültəsinin dekan müavini, 2013-cü ildən hal-hazıradək dekan vəzifəsində çalışır. 1986-ci ildə Mockva İnşaat-Mühəndisləri İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş və  iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalın redaksiya heyətinin üzvüdür. 170-dən artıq elmi əsərin, o cümlədən  4 monoqrafiyanın, 7 dərsliyin, 4 metodik vəsaitin və tədris proqramlarının  müəllifidir.

           Xəlilov Həmzə Ağakişi oğlu – i.e.d., professor
         1995-ci ildən AzMİU-da çalışır. Kafedrada “Menecment” ixtisası üzrə fənləri tədris edir. Elmi araşdırmalarının əsas istiqamətlərini aqrar-sənaye kompleksinin iqtisadi problemləri, kiçik və orta sahibkarlığın təşəkkülü və inkişafı, antinhisar siyasəti  və rəqabətin inkişafı, daşınmaz əmlak idarəciliyinin iqtsadi problemləri təşkil edir. 4 fərdi, 5 kollektiv monoqrafiyanın, 5 dərsliyin, 100-dən cox elmi məqalənin, elmi-metodiki işin müəllifidir.  Müxtəlif dövrlərdə pedaqoji fəaliyyəti mərkəzi dövlət idarəetmə orqanlarında işlə əlaqələndirmişdir. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın  inkişafı üzrə, habelə dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramlarının hazırlanması ilə bağlı yaradılmış işçi qruplarına rəhbərlik etmişdir.  Həmçinin, 1993-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin aqrar islahatların qanunvericilik bazasının yaradılması üzrə ekspert qrupunun üzvü olmuşdur.  

              Əliyev Rafiq Mahmud oğlu – i.e.d., professor
           1951-ci ildə anadan olub. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu “Mühəndis-iqtisad” fakültəsini bitirmişdir. “Azneft” İstehsalat Birliyi Normativ Tədqiqat Stansiyasında mühəndis, böyük mühəndis və şöbə rəisi, Nəzarət-təftiş şöbəsinin rəisi, baş mühasibi vəzifələrində çalışmışdır. 1996-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Maliyyə-iqtisadiyyat idarəsinin rəisi, Prezidentin iqtisadiyyat və maliyyə məsələləri üzrə müşaviri vəzifələrində işləyib. 2006-2014-cü illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri, 2014-cü ildən bu günə kimi İqtisadiyyat, elm və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2001-ci ildə namizədlik, 2005-ci  ildə doktorluq dissertasiyasını müdafiə edərək uyğun olaraq iqtisad elmləri namizədi və iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
         Respublikada neft və qaz sənayesində maliyyə-uçot konsepsiyasının müəllifidir. R.Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə-mühasibat fəaliyyətində kompüter şəbəkəsi yaradılmış və tətbiq edilmişdir. ABŞ, İngiltərə, İtaliya, Norveç, Fransa, Almaniya, Türkiyə və Rusiyada iqtisadiyyat və maliyyə məsləhəti üzrə keçirilən bir çox beynəlxalq konfranslarda çıxış etmişdir. SABİT, Beynəlxalq Audit Proqramları üzrə ABŞ-da təcrübə keçmiş, hüquq və biznes sahələri üzrə sertifikat almışdır. 46 elmi əsərin, 5 monoqrafiyanın, 4 dərslik, metodik tövsiyə və tədris proqramlarının müəllifidir.


          Əliyev Ələskər Mehti oğlu – i.e.n., dosent
         1954-cü ildə  Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik institutunun “İnşaat” fakültəsinin “Tikintinin iqtisadiyyatı və təşkili” ixtisasını bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdində “İqtisadiyyat” institutunda başlamışdır. 1982-ci ildə aspiranturanı bitirdikdən sonra Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan İnşaat Mühəndisləri institutuna baş laborant vəzifəsinə göndərilmiş, sonra assistent, baş müəllim və 1993-cü ildən isə “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında dosent vəzifəsində çalışır. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunda “Əsaslı vəsait qoyuluşunun planlaşdırılmasının təkmilləşdirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hal-hazırda elmlər doktoru proqramı ilə doktoranturaya daxil olmuş və "Tikinti təşkilatının təsərrüfat fəaliyyətinin səmərəliliyinə investisiya və innovasiyaların təsirinin təhlili" müvzusunda doktorluq dissertasiyası üzərində işləyir. Ölkəmizdə və xarici ölkələrdə nəşr olunmuş 100-ə qədər elmi məqalənin, 5 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir. Respublika Təhsil Nazirliyi nəzdində olan elmi metodiki şuranın üzvü olmuşdur. Hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti həmkarlar təşkilatı sədrinin müavini, “Tikinti-iqtisad” fakültəsi üzrə elmi şuranın üzvü və fakültə həmkarlar təşkilatının sədridir. O, bir çox ixtisaslaşdırılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuş və bir neçə dəfə dissertasiya işlərinə opponentlik etmişdir. “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalın baş redaktorun müavinidir. 2013-cü ildə Mövlanə proqramı çərçivəsində Türkiyyənin Sakarya şəhərində təcrübə mübadiləsində olmuş və onun elmi-pedaqoji fəaliyyəti müsbət qiymətləndirilmişdir.  2014cü ildə İstanbulda tələbələrin istehsalat təcrübələrinə rəhbərlik etmiş və ona istehsalat təcrübəsinin səmərəli təşkilinin nəticələrinə görə təşəkkür elan edilmişdir. 
 
          Yusifov Elşad Məsim oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
1977 - ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndində anadan olmuşdur. 1998 - ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasının bakalavr, 2000 - ci ildə isə magistr təhsil səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında laborant, assistent, baş müəllim və hal-hazırda dosent vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən 2010-cu ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2014-cü ildə isə dosent elmi adı diplomu verilmişdir.  “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalın redaksiya heyətinin üzvüdür.  50 elmi əsərin, o cümlədən 1 monoqrfiya, 1 dərs vəsaiti, 2 metodiki vəsait və 15 fənn proqramının həmmüəllifidir. Çexiya, Rusiya, Türkiyə, Hindistan və İranda nəşr olunan elmi jurnallarda məqalələr çap etdirmiş, respublikamızda keçirilən bir sıra elmi - praktik konfranslarda məruzə ilə çıxış etmişdir. 

           Abasova Aytən Əsgər qızı – t.e.n., dosent
         1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat-mühəndisləri istitutunun “İnşaat” fakültəsinin “Sənaye və mülki tikintisi” ixtisasına qəbul olunub. 1990-ci ildə həmin ixtisası fəralənmə diplomu ilə bitirib. İş fəaliyyətinə təyinat ilə “Azərcanubaqrolahiyə” institutunda başlayıb. 1990-93-cü illərdə AzİMİ-nun “İnşaat mexanikası” ixtisası üzrə aspiranturanın əyani şöbəsində oxuyub və 1997-ci ildə texniki elmlər namizədi dərəcəsini almışdşr. 2006-ci ildə AAK-ın qərarı ilə dosent elmi adını alıb. 1997-ci ildən “Materiallar müqaviməti” kafedrasında baş laborant, assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 2007-ci ildən “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında hal-hazıra kimi dosent vəzifəsində çalışır.  30-dan çox elmi əsərin, o cümlədən 1 dərs vəsaiti, 2 metodiki vəsait və 10 fənn proqramının müəllifidir. 


              Ağayeva Könül Asəf qızı - iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
          1977-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi”, 2000-ci ildə isə magistratura pilləsinin “İstehsal sistemlərinin idarə edilməsi” ixtisaslarını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında assistent, baş müəllim vəzifəsində işləmiş, hazırda isə dosent vəzifəsində çalışır. 2005-ci ildə “Azərbaycanda xüsusi mənzil tikintisinin inkişafının perspektiv istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2010-cu isə dosent elmi adını almışdır. 2005/2006-cı tədris ilində İsveçrənin Friqbuq Universitetinin İqtisadiyyat fakültəsində elmi-tədqiqat işi aparmaq üçün qrant udmuşdur. İxtisası üzrə azərbaycan, rus və ingilis dillərində sərbəst dərs aparır. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyən göstərən Beynəlxalq İqtisadi məktəbdə Menecment fənni üzrə ingilis dilində mühazirə və seminar dərsləri aparır. Elmi əsərləri Azərbaycan, Rusiya Federasiyası, İsveçrə, Ukraynada nəşr olunmuşdur. Bir monoqrafiya, 2 metodik vəsait, 80 qədər məqalə və elmi-metodik işlərin müəllifidir.



         Məmmədova Fidan Əliağa qızı - iqtisadiyyat üzrə fəlsəfə doktoru, assistent
         1985-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr, 2009-cu ildə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutunda kiçik elmi işçi kimi başlamış və 2012-ci ildə universitetin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında Ümumi iqtisadiyyat ixtisası üzrə əyani  doktoranturaya qəbul olunmuşdur. 2016-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Hal-hazırda “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir. 2016-ci ildə İngiltərədə İntermediya və Kommunikasiya Ali kurslarını bitirib və sertifikat almışdır.17 elmi-metodik, o cümlədən 8 elmi məqalə, 4 təzis, 1 metodik göstəriş və 5 tədris proqramın müəllifidir.

          Binnətov Arif Cavad oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, baş müəllim
         1971-ci ildə Qədəbəy rayonunda anadan olub. 1994-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarı edilməsi” ixtisasını bitirib. Hərbi qulluğu başa vurduqdan sonra "Elm" sığorta şirkətində böyük iqtisadçı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Hal - hazırda AzMİU-nun “Tikinti-iqtisad” fakültəsinin dekan müavini, “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının baş müəllimidir. İqtisad üzrə fəlsəfə doktorudur. 50-yə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 dərs vəsaitin və 2 dərsliyin müəllifidir.


          Kazımov Namiq Əlixan oğlu – baş müəllim
         1965-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və həmin ildə AzİMİ-nun “İqtisadi nəzəriyyə” kafedrasına baş laborant vəzifəsinə qəbul olunub. Hal-hazırda AzMİU-nun “Xidmət sahələrinin iqtisadiyaatı və menecment” kafedrasında baş müəllim vəzifəsində çalışır. 2011-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur. 25-dən çox elmi əsərin, o cümlədən 8 fənn proqramının müəllifidir. 


      Məmmədova Kəmalə Mehdi qızı – baş müəllim
         1973 ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikinti-iqtisad” fakültəsinin “mühəndis-iqtisadçı”  ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Universitetimizin “İqtisadiyyat” kafedrasında iş fəaliyyətinə başlıyıb. 2006-ci ildən bu günədək baş müəllim vəzifəsində çalışır. 2005 – ci “Xidmət sahələrinin iqtisadiyyatı və menecment”  kafedrasına tədqiqatçı kimi təhkim olunmuşdur. Hal-hazırda  “Tikinti şirkətlərində strateji idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətləri”  mövzusunda dissertasiya işi yerinə yetirmiş və Universitetdə fəaliyyət göstərən D 02.042 Dissertasiya Şurasına təqdim etmişdir. 30-a yaxın elmi əsərin müəllifidir. Rusiya və Ukraynada nəşr olunan elmi jurnallarda məqalələr çap etdirmiş, respublikamızda keçirilən bir sıra elmi - praktik konfranslarda məruzə ilə çıxış etmişdir.


          Ələkbərova Lalə Əziz qızı – baş müəllim
         1968-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Voznesenski adına Leninqrad maliyyə-iqtisad institutunun Bakı filialının “İqtisadiyyatın planlaşdırılması” fakültəsinin “Əməyin iqtisadiyyatı” ixtisasını bitirib. 1986-ci ildən AzMİU-nun “Siyasi iqtisad” kafedrasında iş fəaliyyətinə başlayıb və laborant, baş laborant, saat hesabı müəllim, assistent və 2004-cü ildən hal-hazıra kimi “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərir. “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının nəzdində nəşr olunan “Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalın məsul katibidir.  30-dan çox elmi əsərin, o cümlədən 1 dərs vəsaiti, 2 metodiki vəsait və 10 fənn proqramının müəllifidir. 


         Əliyeva Mətanət Lətif qızı – baş müəllim
       12 aprel 1967-ci ildə Naxçıvan Respublikasının Ordubad rayonunda anadan olmüşdur. 1989-cü ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun “Tikintinin iqtisadiyyatı və təşkili” ixtisasını bitirmişdir. 1991-ci ildən “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında laborant, baş laborant,  assistent və hal-hazırda baş müəllim vəzifəsində çalışır. 30-dan çox elmi əsərin, o cümlədən 1 monoqrfiya, 1 metodiki vəsait və 7 fənn proqramının həmmüəllifidir. Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və İranda nəşr olunan elmi jurnallarda məqalələr çap etdirmiş, respublikamızda keçirilən bir sıra elmi - praktik konfranslarda məruzə ilə çıxış etmişdir. 

           Şirinov Bəşər Həbib оğlu – baş müəllim
       1971-ci ildə  Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olmuş,1989-1992-ci illərdə SSRİ-də ,1993-1996-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində könüllü hərbi xidmətdə olmuş, müharibə veteranıdır.  1997-2001-cи Azərbaycan Memarlıq-inşaat Universitetini bakalavr təhsil pilləsi üzrə «Menecment» вя 2001-2003-cü illərdə «Biznesin təşkili və idarəedilməsı» ixtisası üzrə magistr təhsil pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən «Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasında saat hesabı assistent, 2005-ci ildən müəllim, 2011-ci ildən hal-hazıra kimi baş müəllim vəzifəsində çalışır. 2011-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə qiyabi doktoranturaya qəbul olunmuşdur. 11 elmi əsərin,o cümlədən  4 tədris proqramın müəllifidir. Bir neçə Respublika və Beynəlxalq konfranslarda maraqlı elmi məruzələrlə çıxışlar etmişdir. Hal-hazırda «Azərbaycanın tikinti müəssisələrində dövriyyə kapitalından istifadənin  səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiya işi üzərində işləyir.

          Əlizadə Şəhla İbrahim qızı - assistent
         1980-cı ildə anadan olmuş, 1997-2001-ci illər Azərbaycan Memarlıq və İnşaat Universitetinin  “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildən universitetimizin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında baş laborant, saat hesabı müəllim, 2011-ci ildən müəllim vəzifəsində fəaliyyət göstərir. Kafedrada “İnnovasiya menecmenti”, “Mühasibat uşotu və audit” fənlərini tədris edir. Kafedrada hazırlanmış tədris proqramlarının və metodiki göstərişlərin həmmüəlliflərindəndir.  2011-ci ildə  “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə dissertantı təhkim olunmuşdur. 20-dən çox elmi, elmi-metodik işlərin müəllifidir. Bir neçə Respublika və Beynəlxalq konfranslarda maraqlı elmi məruzələrlə çıxışlar etmişdir. “Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə istiqamətləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirmiş, aparıcı alimlərin iştirakı ilə Universitetdə müzakirə edilmiş və müdafiəyə təqdim olunmuşdur. 


          Budaqova Aytən Muxtar qızı – laborant
         6 iyun 1982-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə AzMİU-nun “Nəqliyyatın tikintisi” fakültəsini bitirib. 1998-ci ildən indiyə kimi “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında çalışır
________________________________________________________________________________________________________________

 



 




Celal Bayar Üniversitesi ile Azerbaycan Mimarlık ve İnşaat Üniversitesi arasında ilişkiler gelişmekdedir
         Azerbaycan ve Türkiye bir millet iki devlet olarak tarihden başlamış bu günlere kadar uluslararası ilişkilerini devamlı gelişmek üzere bir çok işler yapılmakdadır. Bunlarla beraber tahsil sahasında da bu türlü işbirligi başarılı istikaetde gelişmekdedir.
           Bu yıl (Mart 2016-da) Celal Bayar Üniversitesinin (CBÜ) rektörü, Prof. Dr. A. Kemal Çelebi, rektör yadımcısı, fakülte ve bölüm başkanından oluşan bir heyat Azerbaycan Mimarlık ve İnşaat Üniversitesinde (AzMİÜ) müsafir olmuş, universite ve onun tüm labarutuar ve kadro potensiali ile yakından tanışmışlar. Aynı zamanda iki üniversite arasında bir çok konuda (öğrenci ve öğretmen degişim programlarını kapsayan Mevlana Degişim ve Erasmus+ KA1 programları, hatta iki üniversite arasında işbirliği) protokolları rektörler tarafından imzalanmışdır. İmzalanmış protokolların yürütülür hale getirilmesi konusunda AzMİÜ-nin Uluslararası Programlar ve Projeler Sektör müdürü Arif Necimov ile CBÜ-nin Uluslararası İlişkiler Koordinatörü Devrim Zerengök tarafından 13 Ekim 2016 tarihinde Skype toplantısı organize edilmiş ve bir çok önemli konular konuşulmuş ve iş planlaması yapılmışdır.
         Bilginize onu da takdim edelim ki, AzMİÜ tarafından Skype toplantıya Uluslararası ilişkiler üzre rektor yardımcısı Prof. Dr. Nergiz Abdullayeva, İşletme bölüm başkanı Prof. Dr. Muhabbet Mammedov, İşletme bölümünün hocası Dos. PhD. Elşad Yusifov, Uluslararası ilişkiler şübe müdürü PhD. Farhad Aliyev, Uluslararası proqramlar ve projeler sektör müdürü Arif Necimov, Uluslararası ilişkiler şübe müdür yardımcısı ve Mevlana degişim program koordinatörü Könül Şirinova, CBÜ tarafından ise Rektör Yardımcısı Prof. Dr. Birol Kovancılar, İİBF Dekanı Prof. Dr. Mustafa Miynat, İşletme Bölüm Başkanı Prof. Dr. Hüseyin Aktaş, Sürekli Eğitim Merkezi Müdürü Doç. Dr. Mahmut Karğın, Uluslararası İlişkiler A.B.D Başkanı Yard. Doç. Dr. Suhal Şemşit, Uluslararası İlişkiler Koordinatörü Uzman Devrim Zerengök ve Öğrenci İşleri Daire Başkanı Fadıl Aykut katılmışlar.                                                                                                  Toplantıda iki üniversite arasında işbirliginin gelişmesi için bir çok konulara bakılmışdır. Bu konular:
    1) AzMİÜ ile CBÜ arasında rektörlerin imzaladıkları protokolların yürütülür hale getirilmesi için ortak çalışma grubunun oluşdurulması ve beraber işlerin organize edilmesi,
        2) Üniversiteler arasında ögrenci, ögretmen ve administrativ personelin degişimi ve beraber çalışma işlerinin gelişdirilmesi,
        3) Üniversiteler arasında kış ve yaz okullarının organize edilmesi mümkünlüğü ve işlerin planlanması,
       4) Beraber akademik - ilmi mekale hazırlamak ve impakt faktörlü jurnallarda basınına çalışmak,
       5) Üniversiteler arasında İşletme ihtisası üzre çift diploma programlarının hazırlanması ve akademik kadro degişim planlama işleri,
       6) Beraber Erasmus+ KA2 ve KA3, HORİZON 2020 ve başka projelerin hazırlanması,
       7) Üniversiteler arasında kurula bilecek başka mümkün fırsatlar toplantıda konuşulmuşdur.
        Aynı zamanda toplantıda CBÜ-nin Rektör Yardımcısı, Prof. Dr. Birol Kovancılar, bu yılın Kasım ayında AzMİÜ-den rektör Prof. Dr. Gülçöhre Mammedovanı ve bir grup nümayende heyatinin CBÜ-nin mümkün potensialı ile yakından tanışmak için davet etmişdir. Karşı tarafdan AzMİÜ Uluslararası ilişkiler üzre rektor yardımçısı Prof. Dr. Nergiz Abdullayeva bu hoş davet için Prof. Dr. Birol Kovancilara teşükkürünü bildirmiş ve yakın zamanda davetin cevaplanmasını ve AzMİÜ-den bir grup heyatin organize edilerek CBÜ-ne gönderilmesi için bilginin gönderilecegini söylemişdir.
          Skype toplantı çok verimli ve perspektiv konuların müzakeresi ile sonuçlanmışdır.







“Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası 1994-cü ildə yaranmışdır. Əvvəllər “İqtisadiyyat” kafedrası adlanırdı. Hal-hazırda kafedrada 17 professor-müəllim heyəti çalışır. Kafedraya yarandığı vaxtdan i.e.d.prof. Məmmədov M.A. rəhbərlik edir. Kafedrada 2 nəfər i.e.d.professor, 8 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər assisent fəaliyyət göstərir.
Bakalavr təhsil səviyyəsində mütəxəsis hazırlığı:
  • 05.04.07 Menecment
  • 05.04.03 Maliyyə
Magistratura təhsil səviyyəsindəmütəxəssis hazırlığı:
  • 06.04.07 Menecment
İxtisaslaşma: “Sığorta işinin təşkili” İxtisas: 06.04.03 Maliyyə
2013-2015-ci illərdə kafedranın professor-müəllim heyəti tərəfindən 44 tədris- metodiki işlər, o cümlədən 30 tədris proqramı, 3 metodik göstəriş, 5 dərs vəsaiti, 6 dərslik hazırlanmışdır.