Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Menecment”, “Marketinqi”, “Sənayenin təşkili və idarəedilməsi” və “Biznes” ixtisaslarında təhsil alan tələbələ və gənc müəllimlər üçün “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 17-25 oktyabr 2017-ci ildə keçirilən  seminarların nəticəsini müzakirə edib və müvafiq sertifikatların təqdim olunması məqsədi ilə Memarlıq və İnşaat Universitetinin rektoru prof. G.H.Məmmədova və Mərkəzi Bankının şöbə müdirləri A.Dadaşov, Z. Yusifov, məsul işçiləri A.Babazadə, R.Qəniyevin və professor-müəllim heyyətinin iştirakı ilə 21 noyabr 2017-ci ildə tədbir keçirildi.
      Tədbirdə “Xidməti sahələrin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor M.A.Məmmədov çıxış edərək Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişafı Mərkəzi ilə birgə razılaşdırmaya müvafiq olaraq Universitetdə iqtisadiyyat istiqamətində təhsil alan tələbələrin ölkədə bank, pul-kredit, maliyyə və vergi sistemində həyata keçirilən işlər haqqında biliklərini artırmaq istiqamətində bu təlimin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi.
       Eyni zamanda bu təlimdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin mütəxəssisi V.Şixəliyevin “Azərbaycanın vergi siyasəti”, Maliyyə Bazarlarına Nəzarət Palapasının mütəxəssisi S.Cavadzadənin “Azərbaycanda Bank sektoru” ilə əlaqədar məruzələri tələbələr tərəfindən maraqla qarşılandı və bütün mövzular ətrafında fəal diskussiyalar aparıldı.
       Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova AzMİU ilə Mərkəzi Bank arasında əməkdaşlığının əhəmiyyətinə toxunaraq təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin aşılanmasında vacib rol oynadığını bildirdi. Rektor eyni zamanda qeyd etdi ki, bu istiqamətdə digər iqtisadiyyat və maliyyə nazirlik, müəssisə və təşkilatlar ilə belə təlimlərin təşkili çox zəruridir.  Beləki, gələcəkdə bu təlimlər qeyd olunan sahələr üzrə istehsalatda hal-hazırda həyata keçirilən və perspektivdə nəzərdə tutulan proqram və layihələr haqqında geniş məlumat almağa imkan verər.
 
           
                       
    
 
 
 



17 oktyabr 2017-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidməti sahələrin iqtisadiyyatı və menecment” və “İqtisadi nəzəriyyə və marketinqi”  kafedralarının  “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişafı Mərkəzi ilə birgə razılaşdırmaya müvafiq olaraq həmin Mərkəzin İqtisadi Maarifləndirmə şöbəsinin mütəxəssisləri tərəfindən təlimlər keçiriləcəkdir.
       Tədbirlərin çərçivəsində keçiriləcək seminarın gündəliyini Sizə təqdim edirik:
17-24 oktyabr, 2017
 
17 Oktyabr  Azərbaycanda pul və məzənnə siyasəti – Namiq Nağdəliyev
14.30-16.00
18 Oktyabr  Pul siyasətinin əməliyyat çərçivəsi – Elrad Seydiyev
14.30-16.00
19 Oktyabr  Nağdsız ödənişlərdən istifadənin üstünlükləri – Xəyaləddin Tağıyev
14.30-16.00
20 Oktyabr  Azərbaycanda nağd pul dövriyyəsinin idarə olunması –
 Anar Dadaşov, Zaur Yusifov, Aysel Məmmədova
14.30-16.00
23 Oktyabr  Azərbaycanın vergi siyasətiVüsal Şıxəliyev
14.30-16.00
24 Oktyabr  Azərbaycanın tədiyə balansı – Murad Yusifov
14.30-16.00
 
         




Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” və “İqtisadi nəzəriyyə və marketinqi” kafedralarının təşəbbüsü ilə 5 oktyabr 2017- ci ildə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Azərbaycan Mərkəzi Bankının Resurslar və Marifləndirmə Xidməti Tədqiqatlar və İnkişaf  Mərkəzinin İqtisadi Marifləndirmə qrupunun mütəxəsisləri Universitetdə  Menecment, Marketinq, Sənayenin təşkili və idarə edilməsi ixtisasları üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələrinin iştirakı ilə seminar keçirilmişdir.
         “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri professor Məhəbbət Məmmədov ölkədə maliyyə, pul, kredit sahələrində aparılan işlərinə həsr olunmuş seminarların gənclərin nəzəri biliklər ilə yanaşı istehsalat təcrübələrinin öyrənilməsində xüsusi əhəmiyyətini qeyd edərək, bu tədbirlərin hal-hazırda ölkədə maliyyə pul-kredit sahəsində həyata keçirilən işlər haqqında praktiki bilik verilməsində xüsusi önəmini göstərmişdi. O, xüsusilə sonuncu kurs tələbələrini Mərkəzi Bankın təlimlərində aktiv iştirak etməsini məqsədəuyğun hesab edib və bu tədbirlərin davamlı olmasını arzuladı. Təhsil müəssisələri və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi tələbələrdə nəzəri bikiklər ilə yanaşı praktiki biliklərin artırılmasıda cox vacibdir. Prof. M.A.Məmmədov həmçinin gələcəkdə AzMİU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” və “İqtisadi nəzəriyyə və marketinq” kafedralarında hazırlanan ixtisaslar üzrə tələbə və magistrların müntəzəm olaraq bu sahədə həyata keçirilən işlərin yerinə yetirilməsi üçün Universitet ilə Mərkəzi Bank arasında memorandumun imzalanacağını tələbələrin diqqətinə çatdırdı.
         Sonra Azərbaycan Mərkəzi Bankının Resurslar və Marifləndirmə Xidməti Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi Marifləndirmə qrupunun böyük mütəxəsisi Anar Babazadə “Maliyyə savadlığı” layihəsi çərçivəsində həyata keçirilən işlər haqqında tələblərə geniş məlumat verdi və hər bir vətəndaşı maliyyə savadlığının artırılmasının əhəmiyyətini qeyd edərək bu sahədə Mərkəzi Bankın  təhsil müəssisələrində, məktəblərdə, baxçalarda və digər müəssisələrdə apardıqları maarifləndirmə işi barədə ətraflı məlumat verdi.
         Daha sonra Mərkəzin İqtisadi Marifləndirmə qrupunun mütəxəssisləri Rövşən Qəniyev və Lamiyə Qaralova ölkə büdcəsi haqqında tələbələrə ətraflı məlumatlar verdilər.
         Sonra tələbələri maraqlandıran bütün məsələlər ətrafında çox geniş müzakirə aparıldı və bu işin müntəzəm aparılmasının,  tələbələrin və magistrlərin bu sahədə praktiki biliklərinin artırılmasının əhəmiyyəti xüsusi qeyd olundu.






 


E L A N
Bakalavr və magistr pilləsində təhsil alan tələbələrin nəzərinə
“Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası bildirir ki,
 
Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi elan edib
Müsabiqənin məqsədi: Maliyyə  savadlılığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə  savadlılığının artması, malyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların  davranışlarında müvafiq dəyişiklik yaratmasını əks etdirən aşağıdakı prioritet mövzular üzrə, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasyasının qymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır:
  1. Maliyyə savadlılığı və onun effektiv tədrisi yolları;
  2. Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar;
  3. Maliyyə maarifləndirilməsinin insanların maliyyə davranışlarına təsiri.
Müsabiqə qaliblərinin mükafatlandırılması
Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olacaq seçilmiş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulmuşdur:
  1. 1-ci yer: 1500 manat (1 mükafat)
  2. 2-ci yer: 1000 manat (2 mükafat)
  3. 3-cü yer: 500 manat (3 mükafat)
Bu məqsədlə “Maliyyə” və “Menecment” ixtisasları üzrə bakalavr və magistr səviyyəsində təhsil alan və “Atəşgah” Sığorta və Mərkəzi Bankında “Maliyyə savadlılığı layihəsi” çətçivəsində treyninqlərdə iştirak edən yüksək nəticələr göstərən tələbələr dəvət olunur. Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu tərəfindən keçirilən bu qrant müsabiqəsi “Maliyyə savadlılığı layihəsi”nin tərkib hissəsidir.
 
              Tədbirin əlaqələndiricisi
“Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının baş müəllimi
 Ələkbərəva L.Ə.  
 E-mail        alakbarova.lala@azmiu.edu.az
Telefon       539 92 83




22 noyabr 2016-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xidmət sahələrinin iqtisadiyyyatı və menecment” kafedrası ilə Mərkəzi Bank arasında yaradılmış əməkdaşlıq nəticəsində Tikinti-iqtisad fakültəsinin tələbələri ilə bankın mütəxəssisləri birgə tədbir keçiriblər. Tədbirin əsas məqsədi Universitetdə “Maliyyə”, “Menecment”, “Biznesin təşkili və idarə olunması”, “Marketinq” ixtisaslarında təhsil alan tələbələrə və magistrlərə ölkənin  bank sektorunun müasir vəziyyəti və inkişaf perspektivləri haqqında həyata keçirilən tədbirlər ilə əlaqədar geniş məlumat verməkdir.
       Tədbiri giriş sözü ilə açan “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor M.A.Məmmədov bu tədbirin mahiyyəti haqqında ətraflı məlumat vermiş və tədris prosesdə ölkənin bank sektorunda yaranmış təcrübədən geniş istifadə edilməsinin əhəmiyyətini göstərmişdir.Tikinti-iqtisad fakültəsinin dekanı dosent R.T.Qəribov bu tədbirin qeyd edilən ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasıda əhəmiyyətini qeyr edərək tələbələrə fəal olmaqlarını tövsiyyə etdi. Sonra Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişafı Mərkəzinin İqtisadi Marifləndirmə qrupunun böyük mütəxəsisi Anar Babazadə Maliyyə savadlılığı layihəsi haqqında tələbələrə geniş məlumatlar verib və tələbələrin suallarını cavablandırıb. Daha sonra Mərkəzin İqtisadi Marifləndirmə qrupunun mütəxəsisləri Rövşən Qəniyev və Lamiyə Qaralova ölkə büdcəsi haqqında tələbələrə ətraflı məlumatlar verdilər. Görüşdə Naxçıvan Bankın əməkdaşları da fəxri qonaq qismində iştirak edirdilər. 





________________________________________________________________________________________________________


Kafedra mütəmadi olaraq istehsal müəssisələr ilə müqavilələri bağlayır, bakalavr və magistr səviyyələrində təhsil alan bakalavriyyat və magistrantlar istehsal və elmi-tədqiqat təcrübələri keçirlər. Kafedranın əsas istehsal bazaları aşağıdakılardır:
  • Azərbaycan Respublikası Auditorlar Palatası ilə 2011-2018-ci illər üzrə 13\019 saylı müqavilə bağlanmışdır.
  • Azərbaycan Respublikası Dövlət  Neft Şirkətinin Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu ilə  2011-2017-ci illər üzrə müqavilə bağlanmışdır. 
  •  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə 2011-2017-ci illər üzrə 12\712 saylı müqavilə bağlanmışdır.
  • Azərbaycan Respublikası Dövlət  Neft Şirkətinin Neft-Qaz tikinti tresti ilə 2011-2017-ci illər üzrə 13\001 saylı müqavilə bağlanmışdır.
________________________________________________________________________________________________________________
 

Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir


“Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir

“Atəşgah” Sığorta şirkətinin nümayəndələri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti iqtisad fakültəsinin tələbələri ilə görüş keçirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözüylə açan AzMİU-nun "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının müdiri, professor Məhəbbət Məmmədov tələbələlərə şirkət barədə məlumat verib. M.Məmmədov şirkətlə AzMİU arasında işgüzar əməkdaşlıq münasibətlərinin qurulduğunu, universitet tələbələrinin işlə təmin olunmasına yardımçı olmaq üçün şirkət rəhbərliyi ilə danışıqlar aparıldığını da tələbələrin diqqətinə çatdırıb.

Şirkətin "Təlim və inkişaf" şöbəsinin baş mütəxəssisi Babək Məmmədov da "Atəşgah" Sığorta barədə tələbələrə geniş məlumat verib, həyata keçirdikləri layihələrdən danışıb, şirkətin fəəliyyətinə həsr olunmuş videoçarxı nümayiş etdirib. Daha sonra o, tələbələrə məlumat verib ki, əldə olunmuş razılığa əsasən, şirkətdə könüllü kimi çalışmaq istəyən tələbələr şirkətdə təcrübə keçəcəklər, iş prosesiylə yaxından tanış olacaqlar, bu prosesdə fəallıq göstərənlər şirkətdə müəyyən strukturlarda işlə təmin olunacaqlar. B.Məmmədov tələbələri maraqlandıran suallara da cavab verib.

Tədbirin sonunda “Atəşgah” Sığorta Şirkətində təcrübə keçmək istəyən tələbələrə anket paylanılıb.
Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir