22 noyabr 2016-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xidmət sahələrinin iqtisadiyyyatı və menecment” kafedrası ilə Mərkəzi Bank arasında yaradılmış əməkdaşlıq nəticəsində Tikinti-iqtisad fakültəsinin tələbələri ilə bankın mütəxəssisləri birgə tədbir keçiriblər. Tədbirin əsas məqsədi Universitetdə “Maliyyə”, “Menecment”, “Biznesin təşkili və idarə olunması”, “Marketinq” ixtisaslarında təhsil alan tələbələrə və magistrlərə ölkənin  bank sektorunun müasir vəziyyəti və inkişaf perspektivləri haqqında həyata keçirilən tədbirlər ilə əlaqədar geniş məlumat verməkdir.
       Tədbiri giriş sözü ilə açan “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor M.A.Məmmədov bu tədbirin mahiyyəti haqqında ətraflı məlumat vermiş və tədris prosesdə ölkənin bank sektorunda yaranmış təcrübədən geniş istifadə edilməsinin əhəmiyyətini göstərmişdir.Tikinti-iqtisad fakültəsinin dekanı dosent R.T.Qəribov bu tədbirin qeyd edilən ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasıda əhəmiyyətini qeyr edərək tələbələrə fəal olmaqlarını tövsiyyə etdi. Sonra Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişafı Mərkəzinin İqtisadi Marifləndirmə qrupunun böyük mütəxəsisi Anar Babazadə Maliyyə savadlılığı layihəsi haqqında tələbələrə geniş məlumatlar verib və tələbələrin suallarını cavablandırıb. Daha sonra Mərkəzin İqtisadi Marifləndirmə qrupunun mütəxəsisləri Rövşən Qəniyev və Lamiyə Qaralova ölkə büdcəsi haqqında tələbələrə ətraflı məlumatlar verdilər. Görüşdə Naxçıvan Bankın əməkdaşları da fəxri qonaq qismində iştirak edirdilər. 





 

________________________________________________________________________________________________________


Kafedra mütəmadi olaraq istehsal müəssisələr ilə müqavilələri bağlayır, bakalavr və magistr səviyyələrində təhsil alan bakalavriyyat və magistrantlar istehsal və elmi-tədqiqat təcrübələri keçirlər. Kafedranın əsas istehsal bazaları aşağıdakılardır:
  • Azərbaycan Respublikası Auditorlar Palatası ilə 2011-2018-ci illər üzrə 13\019 saylı müqavilə bağlanmışdır.
  • Azərbaycan Respublikası Dövlət  Neft Şirkətinin Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu ilə  2011-2017-ci illər üzrə müqavilə bağlanmışdır. 
  •  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə 2011-2017-ci illər üzrə 12\712 saylı müqavilə bağlanmışdır.
  • Azərbaycan Respublikası Dövlət  Neft Şirkətinin Neft-Qaz tikinti tresti ilə 2011-2017-ci illər üzrə 13\001 saylı müqavilə bağlanmışdır.
________________________________________________________________________________________________________________
 

Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir


“Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir

“Atəşgah” Sığorta şirkətinin nümayəndələri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti iqtisad fakültəsinin tələbələri ilə görüş keçirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözüylə açan AzMİU-nun "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının müdiri, professor Məhəbbət Məmmədov tələbələlərə şirkət barədə məlumat verib. M.Məmmədov şirkətlə AzMİU arasında işgüzar əməkdaşlıq münasibətlərinin qurulduğunu, universitet tələbələrinin işlə təmin olunmasına yardımçı olmaq üçün şirkət rəhbərliyi ilə danışıqlar aparıldığını da tələbələrin diqqətinə çatdırıb.

Şirkətin "Təlim və inkişaf" şöbəsinin baş mütəxəssisi Babək Məmmədov da "Atəşgah" Sığorta barədə tələbələrə geniş məlumat verib, həyata keçirdikləri layihələrdən danışıb, şirkətin fəəliyyətinə həsr olunmuş videoçarxı nümayiş etdirib. Daha sonra o, tələbələrə məlumat verib ki, əldə olunmuş razılığa əsasən, şirkətdə könüllü kimi çalışmaq istəyən tələbələr şirkətdə təcrübə keçəcəklər, iş prosesiylə yaxından tanış olacaqlar, bu prosesdə fəallıq göstərənlər şirkətdə müəyyən strukturlarda işlə təmin olunacaqlar. B.Məmmədov tələbələri maraqlandıran suallara da cavab verib.

Tədbirin sonunda “Atəşgah” Sığorta Şirkətində təcrübə keçmək istəyən tələbələrə anket paylanılıb.
Sığorta Şirkəti AzMİU-nun tələbələrinə əməkdaşlıq təklif edir