AzMİU-nun prof. Məhəbbət Məmmədov, dos. Ələsgər Əliyev və Tələbə Həmkərlar təşkilatının sədri Bayram Aslanov TUDSAK-in tədbirində iştirak etmişlər.
         Azərbaycan Memarlıq və İnşaat Universiteti və Celal Bayar Universiteti (Türkiyə Cumhuriyyəti) arasında bağlanılmış Niyyət protokoluna, Erasmus+ KA1 və Mövlanə Değişim Programı protokoluna müvafiq olaraq Türkiyənin Antalya şəhərində 2-5 noyabr 2017-ci il tarixində keçirilən Uluslararası Türk dünyası strateji araşdırmalar Kongresində (TUDSAK) Universitetin  “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor M.A.Məmmədov, kafedranın dosenti Ə.M.Əliyev və Tələbə Həmkarlar təşkilatının sədri B.M.Aslanov iştirak etmişdirlər.
         Konqresin açılışı günü, 02.11.2017-ci il tarixində prof. M.A.Məmmədov çıxış edərək bu Foruma dəvətə görə Konqresin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, prof. G.H.Məmmədovanın Konqres rəhbərliyi, təşkilatçıları və iştirakçılarına salamlarını və konqresin işinə uğurlarını çatdırdı.
         Sonra Konqresin Proqramına müvafiq olaraq, prof. M.A.Məmmədov “Azərbaycan iqtisadiyyatının müasir inkişaf strategiyası” mövzusunda 45 dəqiqəlik təqdimatda müstəqilliyin ilk illərindən iqtisadiyyatın bütün sahələrində bazar iqtisadiyyatının tələblərinə müvafiq əsaslı islahatların aparılması, ölkə iqtisadiyyatının yenidən qurulması və inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etmək məqsədilə  iqtisadiyyatın sahələrini əhatə edən dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi haqqında ətraflı məruzə etdi.
         Eyni zamanda, Azərbaycan xalqının müasir tarixinin yaradıcısı müstəqil Azərbaycanın qurucusu Ümumimilli liderimiz Heydər Əliyevin təşəbbüsü, siyasi iradəsi və əzimkarlığı nəticəsində 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin ölkə iqtisadiyyatının dinamik inkişafında rolu və bunun həyata keçirilməsinin məntiqi nəticəsi olan ölkə iqtisadiyyatının dünya iqtisadi sistemə inteqrasiyasında xüsusi rolu olan “Baki-Tbilisi-Ceyhan”, “Baki-Tbilisi-Ərzurum”, “Cənub Qaz Dəhlizi”, “Trans-Anadolu Boru Kəməri (TANAP)”, “Trans Adriatik Boru Kəməri (TAP)” transmilli layihələri, Azərbaycan qazının TANAP vasitəsi ilə 2018-ci ildə və TAP vasitəsi ilə isə 2020-ci ildə Türkiyəyə çatdırılması istiqamətində yerinə yetirilən işlər haqqında Konqres iştirakçılarına ətraflı məlumat verdi.
         Son 10 ildən yuxarı bir dövrdə prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin yanacaq-enerji kompleksi sahəsində həyata keçirilən ölkələrarası strateji layihələrin Azərbaycan iqtisadiyyatının dünya iqtisadi sistemə inteqrasiya edilməsində xüsusi əhəmiyyəti və bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu haqqında Konqres iştirakçıları ətraflı məlumatlandırıldı. Eyni zamanda qeyd edildi ki, strateji əhəmiyyət daşıyan “Baki-Tbilisi-Qars” dəmir yolu əvvəl icra edilmiş transmilli layihələrinin məntiqi davamı olub tarixi İpək yolunun bir hissəsini təşkil edir. Bu layihədən Çin, Qazaxstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələrinin istifadəsi  nəzərdə tutulmuş və bu dəmir yolu ilə yükdaşımaların 45-62 gündən 12-15 günə qədər aşağı salınması təmin ediləcəkdir.
         Qeyd olunanlar ilə yanaşı məruzədə ölkəmizdə hal-hazırda həyata keçirilən strateji layihələr ilə yanaşı perspektivdə proqnozlaşdırılan strateji layihələr haqqında da məlumat verildi.
         Konqresin Bölmə iclasında kafedranın dosenti Ə.M.Əliyev müstəqillik dönəmində iqtisadiyyatın digər sahələri ilə yanaşı sığorta sahəsinin də keyfiyyətcə yeni mərhələyə gedəm qoyduğunu vurğuladı. O, ölkənin maliyyə sektorunun, o cümlədən özəl sığorta sektorunun yenidən qurulmasını və onu tənzimləyən qanunvericilik haqqında ətraflı məlumat verdi.
Məruzədə həmçinin sığorta biznesinin mövcud problemlərindən və onun həlli istiqamətlərindən danışıldı. O, qeyd etdi ki, səğorta şirkətlərində biznes proseslərinin yenidən qurulması müştərilərə yönəldilmiş strategiyanı obyektiv zərurətə çevirir. Yekunda Azərbaycanda sığorta fəaliyyətinin təşkili, idarə edilməsi və tənzimlənməsi mexanizmi haqqında da məlumat verildi.
         Konqresin üçüncü günündə Universitetin tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aslanov Bayram çıxış edərək Azərbaycan Memarlıq və İnşaat Universitetində mütəxəssis hazırlığı haqqında ətraflı məruzə etdi və təhsilin mükəmməl mühəndis kadr hazırlığını təmin etmək məqsədilə Universitetdə mütərəqqi tədris planlarının hazırlanması, müasir standartlara cavab verən maddi-texniki bazasının yaradılmasını  və tədris prosesinə Universitetin professor-müəllim heyyəti ilə yanaşı müvafiq istehsal sahələrinin mütəxəssislərinin də cəlb edildiyini bildirdi. Daha sonra o, qeyd etdi ki, bakalavr və magistr səviyyəsində təhsil alan tələbələr elmi işlərə cəlb edilmiş və tədqiqatın nəticələrini müzakirə etmək məqsədi ilə mütəmadi olaraq Universitetdə elmi-praktiki konfranslar və seminarlar keçirilir.
         B.Aslanov bu Kongresin əhəmiyyətini qeyd edərək Türk dünyası ölkələrinin müvafiq universitetlərində təhsil alan tələbələrin yuxarıda qeyd olunan istiqamətlər üzrə aparılan işlərin əlaqələndirilməsini məqsədəuyğun sayıb və belə tədbirlərin sistematik olaraq aparılmasını arzu etdi.
        Konqresin yekun iclasında 5.11.2017-ci il tarixində təqdim etdiyi məruzələrin ölkələrarası strateji istiqamətlər sahəsində əhəmiyyətini nəzərə alaraq Konqresin təşkilat Kəmitəsinin və Universitetin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment”  kafedrasının əməkdaşlarının M.A.Məmmədov, Ə.M.Əliyev, E.M. Yusifiv, B.H.Şirinov, F.Ə.Məmmədova, N.S.Əliyeva, A.C.Binnətov və kafedranın doktorantları – N.Ramazanlı, R.Əliyev, Təkməz Qulu, Möhsen Racabi Matak Ali oğlu – və Universitetin Həmkarlar təşkilatının sədri B.M.Aslanovun məruzələri və Uluslararası Türk dünyası ölkələrinin strateji araşdırmaları istiqamətində mütəmadi əlaqələrin qurulması və inkişafı təklifini dəyərləndirərək sertifikatlar təqdim edildi.

TƏBRİK EDİRİK

Türkiyənin Antalya şəhərində 2-5 noyabr 2017-ci il tarixində keçirilən Uluslararası Türk dünyası strateji araşdırmalar Kongresində (TUDSAK) məruzələrlə iştirak etdiklərinə görə "Xidmət sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının aşağıdakı əməkdaşlarına sertifikatlartəqdim edildi:
        1. Prof. Məmmədov M.A.
       2. Dos. Əliyev Ə.M.
        3. İ.ü.f.d., dos. Yusifov E.M.
      4. İ.ü.f.d. Məmmədova F.Ə.  
      5 İ.ü.f.d. Şirinov B.H.
 







 Tikinti sektorunda  iqtisadiyyat və menecment istiqamətində elmi-tədqiqat, təhsil və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və Cəlal Bəyar Universitetinin rektoru professor Ahmet Kemal Çelebi tərəfindən təsdiq edilmiş Niyyət protokoluna müvafiq olaraq Cəlal Bəyar Universitetinin rektorunun dəvət məktubuna əsasən Universitetin ümumi işlər üzrə prorektor Qələndərli T.V, “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məmmədov M.A. və “Tikinti-iqtisad” fakültəsinin dekanı, dosent Qəribov R.T. 23-27 aprel 2017-ci il tarixində Manise Cəlal Bəyar Universitetində qeyd olunan protokolda nəzərdə tutulan tədbirlər üzrə birgə iş aparmaq və “İqtisadiyyat, Siyasət və Toplum: Dəyişən Fırsatlar və Təhdidlər” konqresinin işində  iştirak etmişlər. Konqresin proqramına müvafiq olaraq qeyd olunan Universitetlərin təmsilçiləri 24 apreldə ilkin olaraq Cəlal Bəyar Universitetinin rektoru prof.Dr. Kemal Çelebi ilə görüş keçirdilər.






          Həmin gün Cəlal Bəyar Universitetinin təşkil etdiyi bu konqresin işində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sakariya Universiteti və Makedoniya Uluslararası Vizion Universitetlərin təmsilçiləri iştirak etdilər. Konqresin proqramına müvafiq olaraq qeyd olunan Universitetlərin təmsilçiləri 24 apreldə ilkin olaraq Cəlal Bəyar Universitetinin rektoru prof.Dr. Kemal Çelebi ilə görüş keçirdi.       
“Suleyman Dəmirəl” Mədəniyyət Mərkəzində keçirilən bu Konqresdə Universitetin rektoru prof.Dr. Kemal Çelebi açılış məruzəsi etdi və qeyd etdi ki, bu forumun keçirilməsi təhsil, elm, istehsalat əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətlərində universitetlərdə qazanılmış təcrübələrin mübadilə edilməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, o,  sayca IV-cü olan bu Forumda Azərbaycan Memarlıq və İnşaat Universitetinin iştirakından məmnunluqlarını qeyd etməklə, növbəti tədbirlərdən birinin Bakıda təşkil olunmasını arzuladı. Sonra AzMİU-nun ümumi işlər üzrə prorektor Taleh Qələndərli çıxış edərək Universitetimizin rektoru, professor Gülçöhrə xanım Məmmədovanın konqres iştirakçılarına təbriklərini və xoş arzularını çatdırdı.  
konqresin proqramına müvafiq olaraq təşkil olunmuş paneldə “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov “Azərbaycanın enerji resurslarının nəqlinin müasir vəziyyəti və inkişaf perspektivləri –TANAP və TAP-in Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda təqdimat ilə çıxış etdi. O, məruzəsində Ulu öndərin müəllifi olduğu   1994-cü ildə imzalanmış neft-qaz ehtiyatlarının hasil və nəql edilməsindən forum iştirakçılarına ətraflı məlumat verdi. Eyni zamanda qeyd etdi ki, bu müqaviləyə müvafiq sonrakı mərhələlərdə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata kiçirilən dövlət proqramları və transmilli layihələr həm ölkəmizin, həm də qardaş Türkiyənin iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün müstəsna yeri və rolu olmuşdur. Prof. M.A. Məmmədov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti haqqında qeyd olunan layihələr haqda ətraflı təqdimat etdi. Bununla yanaşı o bu təqdimatda qeyd etdi ki, hal-hazırda  “Cənub Qaz Dəhlizinin” inşası, TANAP və TAP transmilli layihələrinin işlənilməsi nəticəsində ilk qazın 2018-ci ildə Türkiyəyə, sonrakı illərdə isə Yunanıstan, İtaliya və digər Avropa ölkələrinə nəql edilməsi istiqamətində əməli işlər aparılır.
25 apreldə Konqres bölmələrində öz işini davam etdirmiş və Universitetin Tikinti-iqtisad fakültəsinin dekanı, dos.Rahat Qəribov “Mühəndislik Bölumündə” mövzuda Cəlal Bəyar Universitetinin mühəndislik ixtisasları üzrə bakalavr, magistr pilləəsində təhsil alan tələbələr, bu sahədə elmi-araşdırmalar və dərs aparan professorlar, Universitetin “Texnika Parkının” mütəxəssisləri və eyni zamanda Sakarya Universitetinin əməkdaşlarının iştirakı ilə genişləndirilmiş seminarda maraqlı məruzə etdi. Bu bölümun iştirakçıları tərəfindən dos.R.Qəribovun məruzəsi və orada qoyulan məsələlər və onların həlli istiqamətində irəli sürülən ideyalar mütəxəssislər tərəfindən  dəyərləndirildi və maraqlı müzakirə aparıldı.
 Konqresin sonunda Cəlal Bəyar Universitetinin rektoru “İqtisadiyyat, Siyasət və toplum: Dəyişən fırsatlar və təhdidlər” konfransdakı məruzə ilə çıxış edən nümayəndələrə, o cümlədən Taleh Qələndərliyə, prof.Məhəbbət Məmmədova və dos.Rahat Qəribova Universitetin sertifikatını təqdim etdi. O, cıxışında bu konqresin növbəti illərdə Makedoniyanın Uluslararası Vizyon Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Türkiyənin Sakarya Universitetində keçirilməsinin arzuladı və qeyd etdi ki bu tədbir iştirakçı Universitetlərdə elmi-təhsil-istehsalat sahəsində qazanılmış təcrübələrin qarşılıqlı mübadiləsində əhəmiyyətli rola malik ola bilər.

 

TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ
         Celal Bayar Universiteti və “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası arasında bağlanılan müqaviləyə müvafiq olaraq Celal Bayar Universiteti 2017-2018-ci tədris ili üçün Mövlanə Mübadilə Proqramı çərçivəsində İşletme (Menecment) ixtisası üzrə tələbə və müəllimlərin sənəd qəbulunu elan edir.
         Tələbələr 1 semestr ərzində dərs keçəcəklər. Müəllimlər 3 həftə ərzində dərs deməli, laborator və məşğələ dərslərini aparmalıdırlar.
         Tələb olunan sənədlər: Aday öğrenci başvuru formu, Öğrenci başvuru formu (http://mevlana.cbr.edu.tr/), 2 ədəd fotoşəkil, xarici dil sertifikatı və transkript. Transkript dekanlıqdan alınır və notariusda türk və ya ingilis dilinə tərcümə olunub təsdiqlənir. Bütün sənədlər iki nüsxə əsli və diskdə elektron formada Xarici əlaqələr şöbəsinə (AzMİU, əsas bina, otaq 414) təqdim olunur.
         Müraciət üçün son tarix: 24 fevral 2017
 
         http://mevlana.cbu.edu.tr/