Xəbərlər
AzMİU-nun kafedra müdiri İspaniyada beynəlxalq pilot qrupunun iclasında iştirak edib
Bu günlərdə İspaniyanın Seviliya şəhərində Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda beynəlxalq layihənin ikinci iclası keçirilib. İclasda layihənin akademik tərəfdaşlardan biri olan AzMİU-nun  “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri, universitet üzrə rəhbəri Nurməmməd Məmmədov iştirak edib. Respublikamız, universitetin strukturu, nailiyyətləri, kadr potensialı,  beynəlxalq layihələrdə iştirakı haqqında geniş məruzə ilə çıxış edən N.Məmmədov bir il ərzində bu layihə üzrə  görülən işlər barədə də geniş məruzə edib.
         Layihənin Beynəlxalq Pilot Qrupunun üçüncü iclasının gələn ilin fevral- mart aylarında Bakı şəhərində keçiriləcəyi qərara alınıb.
           Məlumat üçün qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti tədrisin keyfiyyətinin və kadr hazırlığının yüksəldilməsi istiqamətində bir çox Beynəlxalq layihələrdə iştirak edir. Bunlardan biri də Erasmus+ proqramı çərçivəsində “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda beynəlxalq layihədir. Layihənin əsas məqsədi binaların enerji və ətraf mühit səmərəliliyi üzrə əyani və distant təhsil formatında peşə bakalavrının hazırlanması, eyni zamanda uyğun sahənin mütəxəssislərinin peşə hazırlığının yüksəldilməsidir. Layihənin Baş Koordinatoru Fransanın Qrenobl Akademiyası, Layihədə Azərbaycandan akademik tərəfdaşlar -  Azərbaycan Texniki Universiteti (Azərbaycan üzrə koordinator), Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetidir. 

2017-03-16 09:31:52