XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİ
Yaranma tarixi və məqsəd. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna Vyetnam, İordaniya, Fələstin və Pakistandan gələn 25 xarici tələbə daxil olur. İnşaat fakültəsinin nəzdində xarici tələbələrin kuratorluğu yaranır. 1979-cu ildə tələbələrin sayı 100-ü keçir və bununla da Xarici Tələbələrin Təhsili üzrə Dekanlıq yaranır. 1984-cü ildə AzİMİ-də indiki Neft Akademiyasından sonra respublikada ikinci Xarici Vətəndaşlar üçün Hazırlıq Fakültəsi açılır. Burada 10 ay hazırlıq keçən xarici tələbələr fakültəni bitirdikdən sonra keçmiş SSRİ-nin bir çox institutlarında təhsilini davam etdirirdilər.
1984-cü ilə qədər institututn xarici əlaqələri o zamankı Elmi Tədqiqat bölməsinin tərkibində təşkil olunurdu. 1984-cü ildə isə Xarici Əlaqələr Şöbəsi yaradılır. Bu illərdə AzİMİ ilə Türkiyə, İran, Suriya, Əfqanıstan, Almaniya arasında əlaqələr inkişaf etdirilir. Türkiyənin 10-a qədər şəhərində − Batman, Ərzurum, İqdır, Ankara, Diyarbəkir, İstanbul, Antep, Sivas şəhərlərində AzİMİ-nin Tədris Məsləhət Mərkəzləri yaradılır ki, burada da İnşaat Mühəndisləri İnstitutunun müəllimlərinin ezamiyyətləri təşkil olunur.
Şöbənin aktiv fəaliyyəti sayəsində Avropada tam kurs təhsil, ixtisasartırma kursları, pedaqoji fəaliyyət və tələbə mübadilələri də təşkil olunur.
AzİMİ-nun müəllimləri Çinə, Polşaya, Almaniyaya, Macarıstana, Çexoslovakiyaya ixtisasartırmaya, Hindistan, İndoneziya, Suriya və digər ölkələrdə 10 aylıq elmi stajkeçməyə, rus dili müəllimləri isə Amerika, İngiltərə, Fransa, Yaponiya, Polşa, Əfqanıstan, Kampuçiya, Tunis, Mərakeş, Mali, Qvineya, Yəmənə pedaqoji fəaliyyətə göndərilirdilər.
Eyni zamanda hər il yay aylarında Varşava Texniki Universiteti (Polşa), Bratislava Texniki Universiteti (Çexoslovakiya), Veymar Memarlıq və İnşaat İnsitutu (Almaniya) ilə 21 günlük tanışlıq istehsalat praktikası çərçivəsində tələbə mübadiləsi həyata keçirilirdi.    

Xarici əlaqələr şöbəsinin əsas məqsədi dünyanın inkişaf etmiş universitetləri (əsasən mühəndislik sahəsində fəaliyyət göstərən), elm mərkəzləri, elmə yardım edən beynəlxalq fondlar və təşkilatlarla əlaqələr qurmaq, universitetin profilinə və maraqlarına uyğun proqramlar və layihələr hazırlamaqdan ibarətdir. Bu şöbə həmçinin qurulmuş əlaqələr vasitəsilə müəllim və inzibati heyətin, o cümlədən tələbələrin xarci tərəfdaş universitetlərində ixtisasartırma, stajkeçmə və təhsil mübadiləsi proqramlarını təşkil etmək, müxtəlif beynəlxalq elmi-praktiki konfranslar, simpoziumlar və seminarların təşkilində də aktiv iştirak edir.

Bunlarla yanaşı Xarici Əlaqələr Şöbəsinin nəzdində Beynəlxalq Proqramlar və Layihələr Sektoru 2013-cü il tarixində universitet rəhbərliyinin göstərişinə əsasən təşkil edilmişdir.

Beynəlxalq Proqramlar və Layihələr Sektorun məqsədi universitetin ölkədaxilində və xaricində mövcud olan beynəlxalq proqram və layihələrə qoşulmaq işini təşkil etmək, yeni layihələrin universitetin uyğun struktur bölmələri ilə birlikdə hazırlayıb icra etmək, universitetin maraqlarını beynəlxalq tədbirlərdə təmsil və təbliğ etmək, universitetin xarici əlaqələrinin inkişafında aktiv iştirak etməkdir.

Universitetin Xarici əlaqələr şöbəsi Beynəlxalq proqramlar və layihələr sektoru ilə birlikdə bir çox layihələrin universitetə gətirilməsi işində aktiv iştirak etmiş və bu gün də iştirak etməkdə davam edir. Beynəlxalq layihələr barədə ətraflı məlumat üçün bu keçid link vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Şöbənin aktiv fəaliyyəti nəticəsində universitetimiz bir sıra beynəlxalq təşkilatların üzvülüyünə daxil olmuşdur:

Ünvan:  Az-1073, Bakı ş., A. Sultanova küçəsi 11
           
Tel/Fax: (+994 12) 434 15 97 (Xarici Əlaqələr Şöbəsi), daxili: 253, otaq: 414
E-mail: interreldep@azmiu.edu.az

Facebookdakı ünvanı: www.facebook.com

Tel. (+994 12) 539 10 45 (Beynəlxalq Proqramlar və Layihələr Sektoru), daxili: 269, otaq: 419
E-mail: ipps@azmiu.edu.az