Erasmus + KA 1 -  Mübadilə proqramları haqqında məlumat
 

Erasmus+ KA1 tələbə, müəllim, eləcə də idari personalın potensialının artırılması üçün Avropa İttifaqı Universitetlərində ixtisasartırma və təcrübə proqramıdır. Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrlə olan dialoq və mədəni əlaqələri inkişaf etdirmək, ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığı dəstəkləməkdir.

Təqdim olunan layihələr çərçivəsində Avropa ölkələrinin layihədə iştirak edən universitetlərində təhsil almaq yaxud tədqiqat aparmaq imkanı təmin edilir.

Təqaüdün qazanılması üçün aşağıdakı şərtlərlə tanış olun:

1. Vətəndaşlıq. Tələbə, tədqiqatçı və heyət Azərbaycan vətəndaşlığına malik olmalıdır;

2. Son 5 il ərzində heç bir Avropa ölkəsində 12 aydan çox təhsil almayıb və tədqiqat işi aparmayıb;

3. 1-ci hədəf qrupunun namizədlərı Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri olmalıdır;

4. 2-ci  hədəf qrupunun namizədlərı Azərbaycanda hər hansı bir universitetdə qeydiyyatda olmalıdır və ya hər hansı Azərbaycan universitetinin diplomuna sahib olmalıdırlar;

5. 3-cü hədəf qrupunun namizədlərı Azərbaycan vətəndaşlığı daşımalı və həssas qrupa* aid olmalıdır.

* Həssas qruplara mənsubluq aşağıdakı meyarlar əsasında müəyyən edilir:

1.     (Beynəlxalq yaxud qəbul edən Avropa ölkəsinin milli qanunvericiliyinə əsasən) qaçqın statusuna malik namizədlər;

2.     (Beynəlxalq yaxud qəbul edən Avropa ölkəsinin milli qanunvericiliyinə əsasən) sığınacaq almış namizədlər;

3.     İrqi, etnik, dini, siyasi, cins yaxud seksualoriyentasiya əsasında universitetdən ədalətsiz xaric olunduqlarını sübut edə bilən namizədlər;

4.     Barələrində xüsusi milli siyasət tətbiq edilən yerli əhali yaxud məcburi köçkünlər.
Diqqət: Sosial baxımdan imkansız və fiziki qüsurları olan şəxslər HQ 3 kateqoriyasına aid edilməyib.

5. Avropanın müvafiq universitetində müvafiq tədris proqramlarda dərslərin apardığı dilin (və ya dillərin) bilməsi.


Qrantlar (təqaüdlər) yerdəyişmə tipindən asılı olaraq hər ayda 1000-2500 avro arasında dəyişə bilir. Bunlardan başqa müsabiqədə uğur qazanana həmçinin yerdəyişmə dövrü üçün səyahət (gedi-gəliş) bileti və sığorta xərci də ödənilir.
 

Təsviri

 2014-ci ildə Erasmus Mundus magistr və əməkdaşlıq proqramları çərçivəsində Magistr / Doktorluq və qısamüddətli mobillik üçün fərdi qrantlarla maraqlanan namizədlərin nəzərinə, birbaşa müraciət üçün:http://eacea.ec.europa.eu/erasmus_mundus/funding/available_partnerships.php

Erasmus+ çərçivəsində Ali Təhsil sahəsində mobillik imkanlarına daxildir: 

Tələbələr üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/study-mobility_en.htm

Heyət üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/staff_en.htm

Təlimçilər üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/traineeships_en.htm

Magistr tələbələri üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/joint-master_en.htm

Proqram haqqında: http://ec.europa.eu/programmes/erasmus-plus/index_en.htm


Əlaqə:


Erasmus proqramın AzMİU üzrə koordinatoru: Rəşad Nurəliyev
 
Dott. Eng/ Ph.D Rashad Nuraliyev
Institutional Erasmus Coordinator
Lecturer of Structural Mechanics Department 
of the Azerbaijan University of Architecture & Construction 
Alumni of University of Naples Federico II, 
Master II level of Emerging Technologies for Construction
Engineering Department