Erasmus+ KA1 tələbə, müəllim, eləcə də idari personalın potensialının artırılması üçün Avropa İttifaqı Universitetlərində ixtisasartırma və təcrübə proqramıdır.
 
Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrlə olan dialoq və mədəni əlaqələri inkişaf etdirmək, ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığı dəstəkləməkdir.
 
Təqdim olunan layihələr çərçivəsində Avropa ölkələrinin layihədə iştirak edən universitetlərində təhsil almaq yaxud tədqiqat aparmaq imkanı təmin edilir.

Qrantlar (təqaüdlər) yerdəyişmə tipindən asılı olaraq hər ayda 1000-2500 avro arasında dəyişə bilir. Bunlardan başqa müsabiqədə uğur qazanana həmçinin yerdəyişmə dövrü üçün səyahət (gedi-gəliş) bileti və sığorta xərci də ödənilir.


Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa Birliyinin maliyyə dəstəyi ilə Avropa ölkələrinin layihədə iştirak edən universitetlərində təhsil almaq yaxud tədqiqat aparmaq imkanı təmin edən tələbə-müəllim mübadiləsini dəstəkləyən layihələrinə 2013-cü ildən Erasmus-Mundus proqramı ilə qoşulmuşdur. Universitetimizdə 2013-2016-cı illərdə 2 Erasmus Mundus layihəsi həyata keçirilmişdir:
1. Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən Tempo (Trans European Mobility Program) layihəsi;
2. Fransanın Monpellier 2 universitetinin koordinatorluğu ilə həyata keçirilən Backis (Between Baltic and Caspian Seas) layihəsidir.
Layihələr çərçivəsində AzMİU-nun 22 tələbəsi və 4 müəllimi Avropanın müxtəlif ölkələrində təhsil almaq və təcrübə keçmək üçün mübadiləyə qoşulmuşlar. Uyğun olaraq Avropa Universitetlərindən 5 tələbə və 2 müəllim AzMİU-da olmuşlar.
Erasmus+ KA1 proqramı çərçivəsində 2015-2017-ci tədris ilində birbaşa müqavilələr əsasında aşağıdakı universitetlərlə  tələbə-müəllim mübadiləsi aparılır.
 
Əlavə məlumatlar:
 
Tələbələr üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/study-mobility_en.htm
Heyət üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/staff_en.htm
Təlimçilər üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/traineeships_en.htm
Magistr tələbələri üçün:
http://ec.europa.eu/education/opportunities/higher-education/joint-master_en.htm
Proqram haqqında: http://ec.europa.eu/programmes/erasmus-plus/index_en.htm
v




Əlaqə:

Erasmus proqramın AzMİU üzrə koordinatoru: Rəşad Nurəliyev
Dott. Eng/ Ph.D Rashad Nuraliyev
Institutional Erasmus Coordinator
Lecturer of Structural Mechanics Department 

of the Azerbaijan University of Architecture & Construction 
Alumni of University of Naples Federico II, 
Master II level of Emerging Technologies for Construction
Engineering Department
M:+994705803040
E-mail: rnuraliyev@gmail.com
rashad.nuraliyev@azmiu.edu.az
rashad@masterholding.org