Tədris işləri üzrə prorektor
Texnika üzrə fəsəfə doktoru, dosent - Akif  Fazil oğlu Qasımov

1991-cı ildə  Azərbaycan İnşaat Mühəndisləri İnstitunu fərqlənmə diplomu ilə bitirib.

1991-1994-cü illərdə gənc mütəxəsis kimi  S.Ə.Dadaşov  adına  ETTMİ-də mühəndis  vəzifəsində  çalışıb.

1994-cü ildən  Azərbaycan Memarlıq və İnşaat  Universitetində  işə başlayıb.

1994-cü ildən “İnşaat, yol və meliorasiya maşınları”  indiki  “Texnoloji  maşın və avadanlıqlar” kafedrasında  assistent, baş müəllim, dosent vəzifəsində  işləyib.

1995-1999-cu  illərdə  Universitetin “İnşaat, yol və meliorasiya maşınları” kafedrasında aspiranturada oxuyub.

2003-cü ildə “Suötürücü kanalların qazılması üçün frez-tullayıcı tipli içşi orqanın tədqiqi və porometrlərinin  əsaslandırılması”  mövzusunda  namizədlik dissertasiyasını  müdafiə  edib və texnika  elimlər namizədi , texnika üzrə fəlsəfə doktoru  elmi dərəcəsini almışdır.

1994-2000-ci illərdə Universitetdə  Rektor  köməkçisi vəzifəsində işləyib.

2002-2011-ci illərdə  Azərbaycan Memarlıq və İnşaat  Universitetin “Mexanikləşdirmə və avtomatlaşdırma”  (indiki  “Mexanika və informasiya texnologiyaları”) fakültəsində  dekan  müavini  vəzifəsində  çalışıb.

 2011-2016-cı illərdə  Mexanika və İnformasiya  texnologiyaları  fakültəsində dekan  vəzifəsində  çalışıb.

 2016-cı ildə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədris  işləri  üzrə  prorektor  vəzifəsinə  təyin  edilib.

Onun 40-a yaxın elmi və metodik əsərləri var. O cümlədən 2 dərs vasaitinin, 5 metodik vəsaitin müəllifidir.

Tel: (+99412) 539 07 45
Fax: (+99412) 498 78 36
E-mail:akif.qasimov@azmiu.edu.az
          ak675@mail.ru