“TİKİNTİNİN İQTİSADİYYATI” ELMİ-PRAKTİKİ JURNALI
 
“Tikintinin iqtisadiyyatı” elmi-praktiki  jurnalı 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrası tərəfindən təsis edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 dekabr 2015-ci il tarixli 4024 nömrə ilə Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. “Tikintinin iqtisadiyyatı” jurnalı inşaat sektorunun təşkili, idarə edilməsi, sahədə innovativ texnologiyaların tətbiqi, onun səmərəliliyi, sahə üzrə mütəxəssis hazırlığı və elmi-praktiki nailiyyətləri haqqında araşdırmaların nəşrini edir. “Tikintinin iqtisadiyyatı” jurnalı rübdə bir dəfə nəşr edilir. Müxtəlif ölkələrin alimləri redaksiya heyətinin üzvüdür. Beynəlxalq standart eyniləşdirmə nömrəsi - İSSN 2519-2507 - 17.10.2016 tarixində verilib


   2016 N1                   2016 N2