Yaranma tarixi. Azərbaycan İnşaat Mühəndisləri  İnstitutunun  ən böyük fakültəsi “İnşaat” fakültəsi olduğundan(beş minə yaxın tələbəsi var idi) 1990-ci ildə  İnstitutun Elmi Şurasının ərarı ilə iki yerə bölünərək“İnşaat-I” və “İnşaat-II” müstəqil fakültələrə çevrildi.1991-ci ildə yenidən İnstitutun Elmi Şurasının qərarı ilə  “İnşaat-II” fakültəsinin adı dəyişdirilərək “Tikinti-iqtisad” olmuşdur.
“Tikinti-iqtisad” fakültəsində  iki ixtisas üzrə kadr hazırlanırdı:
  1. “Sanaye və mülki tikinti”;
  2. “Tikintinin iqtisadiyyatı və idarə olunması”.
Qeyd edək ki, “Tikintinin iqtisadiyyatı və təşkili”  ixtisası ilk dəfə olaraq 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakültəsinin  tərkibində yaranmışdır. Sonradan bu ixtisas “Tikintinin iqtisadiyyatı və idarə olunması” adlandırılmışdır.
Fakültənin ilk dekanı “İnşaat mexanikası” kafedrasının dosenti Əliyev Telman Xurşud  oğlu olmuşdur.O, fakültəyə iki dəfə dekan vəzifəsinə seçilərək, 1990-2000-ci illərdə  fakültəyə rəhbərlik etmişdir.
2000-ci ildən fakültəyə “İnşaatın iqtisadiyyatı”kafedrasının  dosenti, əməkdar müəllim Məmmədova Nazimə Nağı qızı rəhbərlik etmişdir.
Dos. Məmmədova N.N. iki dəfə “Tikinti-iqtisad” fakültəsinə dekan vəzifəsinə seçilərək 2000-2011-ci illərdə fakültəyə rəhbərlik etmişdir.
Nazimə Nağı qızı Məmmədovaya 2006-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Hal-hazırda fakültənin dekanı“Xidməti sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti  Qəribov Rahad Tanrıverdi oğludur.
Fakültə.Hal-hazırda fakültədə 676 əyani və 79 qiyabi bakalavr, 46 əyani və 14 qiyabi magistr təhsil alir və 12 nəfər doktorant elmi tədqiqat işi ilə məşğul olur.
Beynəlxalq əlaqələr. Avropa Birliyinin “ERASMUS”mübadilə proqramı çərçivəsində fakültənin tələbələri 2013-2015-ci illərdə İspanya və Litvada təhsil almaq hüququ qazanmışlar.Bundan başqa Türkiyə Respublikasının “MÖVLANƏ” beynəlxalq tələbə-magistr mübadilə proqramı çərçivəsində Sakarya Universitetində təhsil almışlar. Tələbələrimiz həmçinin Şimali Kipr Türk Respublikasında Doğu Akdeniz Universiteti və İstanbul Böyük şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq yay təcrübə proqramlarında aktiv iştirak etmişlər.
Fakültədə tədris. Fakültədə tədris azərbaycan və rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Hal-hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı aparılır:
 
Bakalavr pilləsi üzrə
Maliyyə 050403
Sənayenin təşkili və idarə edilməsi 050405
Menecment 050407
Marketinq 050408
Biznesin idarə edilməsi 050409
Magistr pilləsi üzrə
Sığorta işinin təşkili 060403
Sənayenin təşkili və idarə edilməsi 060405
Menecment 060407
Marketinq 060408
Biznesin idarə edilməsi 060409
 
Fakültədə  altı kafedra fəaliyyət göstərir:
  1. Sənayenin təşkili və idarə edilməsi –kafedra müdiri i.e.d.,prof. Mehdiyev İmran Əzim oğlu
  2. Xidmət sahələrinin iqtisadiyyatı və menecment- kafedra müdiri i.e.d.,prof Məmmədov Məhəbbət Aşır oğlu
  3. Nəzəri və İnşaat mexanikası – kafedra müdiri t.e.d.,prof.Əliyev Knyaz Ələsgər oğlu
  4. İqtisadi nəzəriyyə və marketinq- kafedra  müdiri i.e.n.,dos.Ağayev Asəf Mirzə oğlu
  5. Biznesin təşkili və idarə olunması – kafedra müdiri i.e.n.,dos.Aslanova Turan Tofiq qızı
  6. Əcnəbi dillər –kafedra müdiri  f.e.n.,dos.Məmmədova Aygün Cahan qızı
Fakültədə 7 professor, 32 elmlər namizədi, 15 baş müəllim, 24 müəllim və assisent heyyəti çalışır.
 
















       Fakültənin praktika sahələri. Fakültədə təhsil alan tələbələr Azərbaycan Respublikası Auditorlar palatasında,“Standart İnsuarance”-sığorta şirkətində, “Azəri” çox profilli inşaat firmasında, “Neft-qaz” tikinti tresti SOCAR-da, “Azər İnşaat” layihə institutunda, “AECOM  EXP”  Rusiya limited şirkətinin Azərbaycan Respublikası filialında , “Caspian Servise” MMC-də , “Təlim tədris və sertifikatlaşdırma” idarəsində, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, “Maşınqayırma Texnologiyası” Elmi tədqiqat İnstitutunda, EF İnşaat LTD MMC-də, ARDNŞ-SOCAR-da, “Az VİRT” MMC-də istehsalat təcrübəsi keçirlər.
      Tədqiqat   istiqamətləri: Fakültənin kafedralarının elmi  tədqiqat  işinin əsasını tikinti və digər dövlət  satınalmalarının təşkilinin təkmilləşdirilməsi, müasir şəraitdə tikinti  məhsulları  bazarının  marketinq tədqiqatı və onun xüsusiyyətləri, bazar iqtisadiyyatı şəraitində biznes müəssisələrində maliyyə və onun risklərdən qorunması mexanizmlərinin təkmilləşdirilməsinin istiqamətləri, deformasiya olunan bərk cisimlər mexanikası, maye və qaz mexanikası, maşın və cihazların dinamikası və möhkəmliyi, inşaat mexanikası, qurğuların zəlzələyə davamlığı elmi sahələri üzrə kadr hazirlığı təşkil edir.
 
Tikinti-iqtisad fakültəsində tədris olunan fənlər üzrə azərbaycan və rus dillərində aşağıdakı dərsliklər çap olunmuşdur:
  1. İ.Ə.Mehdiyev, Ə.B.Əliyev,L.A.Məmmədova, Q.Ə.Qasımov “Daşınmaz əmlakın iqtisadiyyatı”, 2011
  2. M.A. Məmmədov , Ə.M.Əliyev “Tikintidə menecment” 2013
  3. A.İ. Xəlilov, A.X. Nəbiyev  “Tikinti biznesində firma iqtisadiyyatı və sahibkarlıq” 2014
  4. T.T.Aslanova “Biznesin planlaşdırılması” (tikintidə) dərs vəsaiti. Bakı 2012
  5. İ.A.Mehdiyev, Ə.B.Əliyev,L.A. Məmmədova, M.Ə.Əzizova “İnformasiya iqtisadiyyatı” Dərslik. 2011
  6. Ə.B.Əliyev, M.Ə.Əzizova “Tikintinin iqtisadiyyatı” Dərslik2013
  7. Ə.B.Əliyev, İ.Ə.Mehdiyev “İnvestisiyaların analizi və idarə olunması” Dərslik2013
  8. H.K. Həsənov “Müəssisənin iqtisadiyyatı”  Dərslik, 2014
  9. i.e.d.,prof,Natiq Əliyev, i.e.d.,prof,Məhəbbət Məmmədov. Yanacaq enerji kompleksi inkişafı və idarə edilməsində iqtisadi proqramlaşdırma amili Bakı 2013, 245 səh
  10.  i.e.d .,prof.  Məmmədov M.A , dos Əliyev Ə.M “Tikintidə menecment” dərslik, 2014 (nəşrdə)
  11. dos.A.M.Hüseynova, b.m. Ələkbərova L.Ə.Statistika - (rus dilində) dərs vəsaiti Bakı 2010 
  12. b.m.A.C.Binnətov “İqtisadi təhlilin əsasları”dərs vəsaiti - Bakı 2014
  13. dos.E.M.Yusifov, dos.A.Q.Novruzova Korporativ idarəetmə- dərs vəsaiti. Bakı 2014
  14. b.m.A.C.Binnətov “Azərbaycanda daşınmaz əmlak bazarında rieltor xidmətlərinin təşəkkülü və inkişafı”- monoqrafiya. Bakı 2014
  15. Strateji menecment və İqtisadiyyatın idarəedilməsində  proqramlaşdırma. Əliyev Ə.M - Metodik göstəriş, Bakı-2013 
Dekan – Dosent Qəribov Rahad Tanrıverdi oğlu
Mob: (+994 50) 333-83-31


Dekan müavini – Baş müəllim Binnətov Arif Cavad oğlu
Mob: (+994 50) 717-37-01


Dekan müavini – Dosent Məmmədova Afət Məmmədhüseyn qızı
Mob: (+994 50) 342-96-57


 
Ünvan:  Az 1073, Bakı, A. Sultanova küçəsi ,11
Tel: (+99412) 538-94-74
E-mail: tif@azmiu.edu.az