Mövlanə Mübadilə Proqramı (MMP)  – Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və pedaqoq mübadiləsini həyata keçirmək məqsədi daşıyır. 2011-ci il 23 avqust tarixindən bu işə start verilmişdir.
Partnyor Universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 1 həftə, ən çoxu 3 ay müddətə Türkiyədəki ali təhsil müəssisələrində (ikitərəfli Mövlana Mübadilə Protokolu imzalandığı halda) dərs deməklə proqramdan faydalana bilərlər.
Mevlana Mübadilə Proqramı - tanınmış fars dilli şair, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlana Cəlaləddin Ruminin şərəfinə adlandırılmışdır.
 
Mövlanə Mübadilə Proqramında kimlər iştirak edə bilər?
Mövlanə Mübadilə Proqramında Türkiyədəki bütün ali təhsil müəssisələrində (Mövlana Mübadilə Proqramı Protokolunu imzalamış olan ali təhsil müəssisələrində) qeydiyyatda olan hazırlıq, bakalavr, magistr və doktoranturada təhsil alan tələbələr və ölkə daxili və ölkə xarici ali təhsil müəssisələrində çalışan bütün pedaqoq heyəti də proqramda iştirak edə bilərlər. Mübadilə dövründə pedaqoqların akademik fəaliyyəti toplam altı saatdan az olmamalıdır. Pedaqoqlar tərəfindən həyata keçirilən fəaliyyətlərin saat olaraq hesablanmasında dərslərə əsas yer verilir. Dərs saatlarının həftəlik 6 saatı doldurmaması zamanı seminar, konfrans və diskussiyaların keçirilməsi kimi akademik fəaliyyət də nəzərə alınır. Dərs vermə fəaliyyətini nəzərdə tutmayan pedaqoqların mübadilə planları Mövlana Mübadilə Proqramı çərçivəsində qəbul edilmir.
 
Mövlanə Mübadilə Proqramında iştirak şərtləri.
  • Tələbə proqrama qoşulan ali təhsil müəssisəsində hazırlıq, bakalavr, magistr və ya doktorant olmalıdır;
  • Hazırlıq və bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5 olmalı;
  • magistr və doktorantların  ümumi akademik orta balı 4 üzərindən ən azı 3 olmalı;
  • 50% dilgöstəricisi (xal) +50% ortabal
Hazırlıq və bakalavr pillələrinin birinci ilində təhsil alan tələbələr ilə elmi hazırlıq mərhələsində olan magistr və doktorantlar əsas təhsilə başladıqları birinci semestr üçün bu proqramdan faydalana bilməzlər.
 
Proqramdan faydalanmaq arzusunda olanlar həmin ali təhsil müəssisələrinin Mövlanə Mübadilə Proqramı Koordinasiya mərkəzinə müraciət edə bilərlər.
 
Tələblər sadəcə öz doğma ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqını ödəyirlər, mübadilə proqramı çərçivəsində gedəcəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər.
Mövlanə Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu açıqca göstərildiyi səbəbindən tələbə vətənə döndüyündə tələbə il itkisinə məruz qalmır.
Türkiyə xaricində mübadilə proqramında iştirak edəcək tələbələrə gedəcəyi ölkə nəzərə alaraq fərqli təqaüdlər verilir. Türkiyənin ali təhsil müəssisələrində təhsil alacaq tələbəyə isə Ali Təhsil Şurası (YÖK) tərəfindən müəyyən olunmuş təqaüd ayrılır. 
Tələbələr alacaqları təqaüdün 70%-ni aylıq, qalan hissəni isə keçdiyi dərslərin müvəffəqiyyəti əsas götürülərək, uğurlu dərslərin ballarının ümumi almış olduğu dərslərə nisbəti nəzərə alınaraq ödənilir.
 
Aşağıda göstərilən digər bütün xərcləri tələbələr özləri ödəyirlər:
a. Nəqliyyat xərcləri
b. Otaq və yemək xərcləri
c. Tibbi sığorta və səhiyyə xidməti xərcləri
d. Dərsliklər, geyim və şəxsi xərclər
e. Pasport və viza xərcləri; Türkiyədə oturma izni

Proqramın imkanları daxilində, Türkiyə qanunvericiliyində qeyd olunduğu üzrə gələn və gedən  akademik heyətin səyahət vəsaiti ödəniləcəkdir. Ölkəsindən və vəzifəsindən asılı olaraq akademik heyətə ayrılacaq əlavə qrantları  Türkiyə Ali Təhsil Şurasının İcra Heyəti müəyyən edəcək.
Bakalavr və magistr tələbələr partnyor universitetdə bir semester və ya bir akademik il davam edən tədris proqramını davam etdirmək məqsədilə öz universitetlərinə müraciət edə bilərlər. Aydındır ki, hər bir universitet mübadilə üçün yüksək nəticələrə malik və kamil tələbələrin namizədliyini irəli sürəcəkdir.  Mübadilə üçün nazmiədlikləri irəli sürülmüş  hər tələbənin qəbulu üzrə yekun rəyi qəbul edən universitet bildirəcəkdir.
Hər iki universitet mübadilə balansının qorunub saxlanması üçün mübadilə tələləbələrinin sayındakı natarazlıqların müəyyən edilməsi, lazım gələrsə növbəti il üçün tələbələrin sayının uyğunlaşdırılması məqsədilə proqrama illik olaraq  yenidən baxacaq.
Qəbul edən universitet məhdud qeydiyyat kurslarından tələbələri çıxarmaq hüququna malikdir. 
İstisnalar olmazsa tələbələr qəbul edən universitetin müəyyən etdiyi qaydalara uyğun olaraq dil bilikləri və digər qəbul tələblərinə cavab verməlidirlər.
Tədris dili ingilis dili olan TC universitetləri üçün ana dili İngilis dili olmayan namizədlərdən İngilis dili biliyi üzrə müəyyən formal göstəricilər tələb olunacaq. 
Mübadilə olunan tələbələr qəbul edən universitetin bütün qanun və qaydaları ilə razılaşmalıdırlar.

Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyimiz Türkiyə universitetləri:
1. Orta Doğu Texniki Universiteti
2. Qazi Universiteti
3. Hacettepe Universiteti
4. Sakarya Universiteti
5. Atatürk Universiteti
6. Eskişehir Osmanqazi Universiteti
7. Bartın Universiteti
8. Fırat Universiteti
9. Çukurova Universiteti
10.Qaziantep Universiteti
11.Yıldız Texniki Universiteti
12. Bülent Ecevit Universiteti
13.Celal Bayar Universiteti 

İxtisaslar və kvota üçün daxil olun
 
Əlavə suallarınızı Xarici Əlaqələr şöbəsinin facebook səhifəsinə ünvanlandırın. 
https://www.facebook.com/International-Relations-Department-of-AUAC-AzM%C4%B0U-253281011524538/?ref=hl



 
Əlaqə:
Proqramın AzMİU üzrə koordinatoru: Şirinova Könül Nadir qızı
Tel. +994 12 434 15 97
E-mail: k.shirinova@azmiu.edu.az
ÜnvanAZ1073, Azərbaycan, Bakı, A.Sultanova 11, 
             
Azərbaycan Memarlıq və İnşaat Universiteti, əsas bina, otaq 414