Tələbə Elmi Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014 – cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməyə” uyğun fəaliyyət göstərir.

Tələbə Elmi Cəmiyyəti:

Sədr: Əliyev Mustafa Alı oğlu, texnika elmləri namizədi, dosent.

Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:

* ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi;

* tələbələrin elmi-texniki potensialın qorunub saxlanılması;

* magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğun təşkil etmək.

Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:

* tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;

* elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərmək;

* tələbələrə elmi tədqiqat işlərinin müstəqil həll edilməsi yollarını öyrətmək;

* istedadlı gənclərin aşkar edilməsi və onların müxtəlif elmi konfranslara cəlb olunmasını təşkil etmək;

* elmi-pedaqoji kadr hazırlığı üçün perspektivli gəncləri seçmək və onları tədqiqtçılıq fəaliyyətinə hazırlamaq;

* müxtəlif səviyyəli tədbirlərin – beynəlxalq və yerli konfrans-ların, elmi seminarların, müxtəlif ixtisas və fənlər üzrə olim-piadaların, Ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;

* tələbələrin elmi tədqiqat işlərinin nəşr edilməsini təşkil etmək;

* müxtəlif konfranslarda fərqlənmiş tələbələrin mükafatlandırıl-ması üçün tədbirlər görmək;

* digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;

* istedadlı və perspektivli tələbələrin təhsillərini xarici dövlətlərin qabaqcıl Universitetlərində davam etdirilməsinə köməklik göstərmək.