Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədris şöbəsi

Şöbə müdiri: Texnika elmləri namizədi, dosent Sabir Baladin oğlu Məmmədov.
Təşkil olunduğu zamandan şöbənin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. Son illər Universitetdə aparılmış islahatlar, Avropa təhsil sisteminə inteqrasiya işlərinin davamı olaraq Universitet Rektorunun əmrinə uyğun Tədris şöbəsi mövcud ştat vahidləri çərcivəsində “Tədrisin təşkili və tənzimlənməsi”, “İnformasiya” və “Qeydiyyat” sektorları, “Tələbə bölməsi”, “TQDK-nın tələbə məzun məlumat sistemi”, “Qiymətləndirmə mərkəzi”,”Diplom otağı”, “Dispetçer qrupu”, “Arxiv”, “İnformasiya” sektorlarından ibarət təsdiq edilmişdir.
   
    2006-2007-ci tədris ilindən başlayaraq Universitetdə tədrisin Boloniya Deklorasiyasına uyğun təşkilinə başlanılmışdır. Hal-hazırda Universitetin bütün ixtisasları üzrə həm bakalavr həm də magistr pillələri üzrə mütəxəssis hazırlığı Avropa kredit transfer sisteminin tələblərinə uyğun təşkil olunmuşdur. Tədrisin təşkili Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kredit sisteminə aid Əsasnamələr”ə uyğun qurulmuşdur.
    Tədris şöbəsi universitetdə tədrisin təşkili prosesini gündəlik nəzarətdə saxlayan, dərslərin tədris proqramlarına uyğun keçirilməsini, tələbələrin dərsə davamiyyətini, fakültə və kafedralarda tədrisin təşkilinin normativ sənədlərə uyğun qurulmasını təmin edən, təhsil sistemində aparıcı təhsil müəssisələrinin təcrübəsinin tədrisə tətbiqi istiqamətində işləri istiqamətləndirən bir qurumdur.
    Tədris şöbəsi tədrisin təşkili və məzmunu ilə bağlı bütün işlərlə məşğul olur və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daimi iş aparır. Bu ilk növbədə elm və texnikanın son nailiyyətləri nəzərə alınmaqla fənn proqramları və tədris planlarının təkmilləşdirilməsindən ibarətdir.
    Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün), İxtisaslar üzrə tədris planları, tədris yükləri, imtahan cədvəlləri, imtahan sualları, akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları, tələbələrin köçürülmələri, Universitetə yenidən bərpa olunmaları, İkinci ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı sənədləşmə işləri, transkriptlərin hazırlanması, tələbə hərəkəti ilə bağlı statistik məlumatlar, Buraxılış işlərinin mövzularının təsdiqi, Müdafiə ilə bağlı hazırlıq işləri və s. Tədris şöbəsinin ümumi fəaliyyətini əhatə edir.
 
                         
    2008-2009-cu tədris ilindən başlayaraq Universitetdə tələbələrin biliyinin qiymətləndirilməsində mütəşəkkilliyin, obyektivliyin və şəffaflığın təmin olunması məqsədi ilə Universitet rektorunun tənzimləyici əmrlərinə uyğun sessiya imtahanları mərkəzləşdirilmiş qaydada imtahanlar üçün ayrılmış xüsusi imtahan zallarında keçirilir. İmtahanlar test üsulu ilə komputerlə, rektorluğun monitorinqi ilə yazılı şəkildə təşkil olunur. İmtahanlara hazırlıq, keçirilməsi və  yazı işlərinin yoxlanılmasının təşkili Tədris şöbəsi tərəfindən həyata keçirilir.

Tədris şöbəsinin əlaqə tel: 439-10-06 ; (1-94)
Tədris şöbəsinin müdiri: Məmmədov Sabir Baləddin oğlu       
 
Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi ,11, I korpus, otaqlar : 217, 219