Təcrübə və Karyera mərkəzi

          Ali məktəbdə tədrisin yürüdülməsi ardıcıllığının əsas prinsipi istehsalatla ali tədris müəssisəsi arasında hərtərəfli əlaqələrin təmin edilməsidir. Bu problemin elmi əsaslandırılmış həlli mütəxəssislərin tərkibi hazırlığının təkmilləşməsinə təsir edir.
Məlumdur ki, istehsalat təcrübəsi ali məktəb tələblərinin tədris prosesinin vacib istiqamətlərindəndir. İstehsalat təcrübəsinin əsas məqsədi tələblərin qazandığı biliklərin mümkünləşdirilməsi, gələcək mütəxəssislərin istehsalat təcrübəsi keçdikləri müəssisəsinin işinin dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsidir.
        Müəssisələrin istehsalat təcrübəsinin daha da inkişaf etdirilməsi geniş çərçivədə kompleks tədbirlərin həyata keçirilməsini, institut tərəfindən mütəxəssis hazırlığının keyfiyyətini idarə edilməsinin kompleks sisteminin yaradılmasını və bununla da məqsədəuyğun, uzun müddətli keyfiyyətinin təmin olunmasını özündə birləşdirir.
        İstehsalatla əlaqədar məqsədəduyğun kompleks proqramın hazırlanmasında, özlülüyündə nəzəriyyə ilə tərkibinin daha sıx qarşılıqlı təsir hazırlığını inkişaf etdirmək, təşkilatın istehsalatla əlaqərinin müəyyənləşməsində xeyli işlər yürümüşdür.
Şöbədə tələbələrinistehsalat təcrübəsinin təşkili və ona rəhbərlik təlimatı hazırlanmış və tətbiq edilmiş, «Tələbələrin 0511 – ixtisası üzrə istehsalat təcrübəsi üzrə metodik göstərişlər», «Tikinti, yol maşın avadanlıqları», «Məzunlar üçün yaddaş», «Xarici tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi haqqında metodik tövsiyyələr » və s., lazımlı metodik vasitələr hazırlanmış, müəllim və tələblərin istifadəsi üçün universitet kitabxanasına və fəaliyyətlərə təqdim olunmuşdur.
        Həmçinin, AzMİU-nun Təcrübə İşədüzəltmə şöbəsi təcrübələrin təşkilinə kömək məqsədilə «Təhsilin bakalavr və magistr pillələrində istehsalat təcrübəsinin hazırlığı və keçirilməsi haqqında metodiki göstəriş» və «AzMİU-nun tələblərinin istehsalat təcrübəsi keçdiyi baza müəssisələri haqqında məlumat kitabçası» kimi vəsaitlər hazırlanmışdır ki, bunlar da təcrübə işinin səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Bunlardan əlavə universitetdə təhsil alan əcnəbi tələblərin təcrübə prosesinin müasir tələblər baxımından qurulması məqsədilə metodik vəsait də çap olunmuş və təcrübəyəyə cəlb edilmiş müəllimlərimizin istifadəsinə verilmişdir.