AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT  UNİVERSİTETİNİN
TANINMIŞ MƏZUNLARI
 
Kamran Məmməd oğlu Bağırov 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakültəsinin “Sənaye və mülkü tikinti” ixtisasını bitirmişdir. 1957-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim və dekan müavini işləmişdir. 1968-1971-ci illərdə Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsi müdirinin müavini vəzifələrində, 1971-1974-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tikinti və şəhər şöbəsinin müdiri, 1974-1978-ci illərdə partiyanın Sumqayıt şəhər komitəsinin birinci katibi, 1978-1982-ci illərdə Mərkəzi Komitənin katibi, 1982-1988-ci illərdə isə birinci katibi olmuşdur. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-mədən Nəzarəti Komitəsinin sədri vəzifəsində işləmişdir.
 
Həsən Əziz oğlu Həsənov 1958-ci ildə un “Nəqliyyat” fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1960- 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı (1962), Yasamal rayon Komsomol Komitəsinin katibi (1962-1965), Respublika Komsomol Komitəsi MK-də bölmə müdiri 1967-1969-cu illərdə AKP MK-da təlimatçı, 1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsində işləmişdir. 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971-1975), şöbə müdirinin müavini (1975) vəzifəsində çalışmışdır.
1975-1978-ci illərdə Səbael Rayon Partiya Komitəsinin 1-ci katibi, 1978-1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci katibi, 1979-1981-ci illərdə isə Gəncə (Kirovabad) Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifələrində işləmişdir.
1981-1983-cü illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1983-1988-ci illərdə tikinti məsələləri üzrə katibi, 1988-1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katib vəzifələrində fəaliyyət göstərmişdir. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışmışdır. Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərir.
1992-1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmişdir.
1993-1998-ci illərdə AR xarici işlər naziri vəzifəsində işləmişdir. Həmin illərdə BMT və YUNESKOİKT-nin illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik etmişdir.
1977-1995-ci illərdə Azərbaycan Ali Sovetinin1979-1984-cü illərdə SSRİ Ali Sovetinin1995-2000-ci illərdə Milli Məclisin nümayəndəsi və Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Əsas Qanununu hazırlayan Konstitusiya komissiyasının üzvü olmuşdur. Üçüncü Respublikamızın ilk baş naziri, ilk fövqəladə və səlahiyyətli səfiridir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il sentyabr ayının    1-də Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2004-cü ildə Bakıda “SSRİ-də milli təmayülçü hərə­kat" mövzusunda namizədlik2006-cı ildə Tiflisdə "Tarixin fəlsəfəsi" möv­zusun­da doktorluq dissertasiyasını müdafiə etmişdir.
 
Fuad Ənvər oğlu Musayev  1963-cü ildə Azərbaycan Politexnik İnstitutunu “İnşaat” fakültəsini bitirərərk, inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə adi inşaatçı usta kimi başlayaraq, Bakı şəhər 1№ li Evtikmə kombinatının müdir müavini vəzifəsinə kimi yüksəlir. Onun iştirakı ilə 8-ci kilometr, Razin qəsəbəsi, Əhmədli, Günəşli, Xırdalan, 6,7,8,9 mikrorayonlar və s. yaşayış massivləri salınmışdır.
1973-cü il Azərbaycan KP MK-nın apparına işə götürülmüş, Kənd Təsərrüfatı Tikinti Nazirliyində nazirin birinci müavini, 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsinə sədr müavini, 1981-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinə sədr müavini, sonra KP-nın Mərkəzi Komitəsinin tikinti üzrə katibi, 1983-1988-ci illərdə isə Bakı şəhər Partiya Komitəsinin birinci katibi, 1990-cı ildə MK-nın iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi, Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti vəzifələrinə irəli çəkilir. Uzun müddət AFFA-ya rəhbərlik edir.
 
Rafiq Rəsul oğlu Xələfov 1952-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaatçı-mühəndis ixtisasını bitirmişdir. “Azərdəniznefttikinti”  Trestində müxtəlif vəzifələrdə çalışmış, Suriya Ərəb Respublikasında yeni kəşf edilmiş neft yataqlarında tikinti işlərinə rəhbərlik etmişdir. O, “Xəzərdənizneft” İstehsalat Birliyi direktorunun müavini, “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyi rəisinin müavini, 1979-cu ildə Azərbaycan avtomobil yollarının tikintisi və istismarı naziri,  Nazirlər Sovetində inzibati orqanlar şöbəsinin müdiri,  1993-1997-ci illər Xalq üçün mallar konserinə rəhbərlik etmiş, 1997-1998-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifələrində çalışmışdır.
Əliyev Mahmud İsah oğlu M.İ.Əliyev 1963-1967-ci illərdə Kür-Araz Sutikinti Baş İdarəsinin 7 saylı tikinti idarəsinin rəisi və Baş İdarənin rəis müavini vəzifələrində, 1967-1980-ci illərdə “Arazhidrotikinti” tikinti idarəsində baş mühəndis, rəisin birinci müavini, “Azərenerjitikinti” Trestində baş mühəndis, müdir müavini və trestin müdiri, 1980-1988-ci illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı naziri vəzifəsində, 1993-200 illərdə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Sudan İstifadəyə Nəzarət İdarəsinin rəisi, 2000- ci ildən ömrünün sonuna qədər Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
 
Saleh Hilal oğlu Hacıyev 1952-1957-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış və həmin institutunun “Meliorasiya və su qurğuları tikintisi” fakültəsini əla qiymətlərlə bitirib, 1960-1968-ci illərdə Kür – Arazsutikinti baş idarəsində idarəetmə sahəsinin rəisi, trest müdiri və baş idarənin rəisinin birinci müavini, 1971-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Tikintisi Naziri, 1974-1983-cü illərdə SSRİ Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Meliorativ Tikinti Baş İdarəsinin rəisi, 1983-cü ildən Montaj və Xüsusi Tikinti Nazirinin müavini, 1988-1993-cü illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı naziri vəzifələrində çalışmışdır.
Əbdülrəhimov Tağı İbrahim oğlu (1907-1983) 1924-cü ildə Azərbaycan Politexnik institutuna daxil olmuş, 1931-ci ildə həmin institutu bitirərək, “Azərsutəsərrüfatı” layihə institutunda layihəçi,1935-1941-ci illərdə Lənkəran rayon suvarma idarəsinin rəisi, 1941-ci ildə Bakı Su Təsərrüfatının rəisi, 1947-ci ildə Azərbaycan SSR Su Təsərrüfatı nazirinin müavini, 1951-1954-ci illərdə Kənd Təsərrüfatı və Tədarük naziri vəzifələrində calışmışdır. 1954-cü ildən 1971-ci ilə qədər Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı naziri vəzifələrində, 1971-ci ildən 1983-cü ilə qədər isə Azərbaycabn İnşaat Mühəndisləri İnstitutunda dosent işləmişdir.  
 
Yaqub Abdulla oğlu Eyyubov 1963-cü ildə Azərbaycan Politexnik İnsti­tutunun  “İnşaat fakültəsinə” daxil olmuş, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-1975-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinə ilk tələbə olaraq deputat seçilmiş və çox gənc olmasına baxmayaraq bu illərdə Ali Sovetdə son dərəcə məhsuldar fəaliyyət göstərmişdir. 1975-ci ildən isə yeni yaranmış Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent, dekan müavini, dekan vəzifəsini icra etmiş, 1983-1992-ci illərdə AzMİU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır. O, 1975-ci ildə nami­zədlik, 1990-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmiş, 1991-ci ildə texnika elmləri doktoru, professor, BMA-nın akademiki elmi adını almışdır. 1992-ci ildən isə "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasının müdiri seçilmişdir. 1980-ci ildən keçmiş SSRİ, 1992-ci ildən Rusiya "Qruntlar mexanikası və özül tikintisi" Milli Komitəsinin üzvü və 1996-cı ildə Azərbaycan "Qruntlar mexa­nikası və özül tikintisi" Milli Komitəsini yaratmış və onun prezidenti seçilmişdir. 1997-ci ildə "Dövlətdağtexnikinəzarət" komi­təsinin sədri, 1999-cu ildə Azərbaycan Respublikası Baş Nazirinin müavini və 2002-ci ildən isə Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini təyin olunmuşdur.
Ənvər Arif oğlu Mansurov  1957-ci ildə İnşaat fakültəsinə daxil olub, 1962-ci ildə inşaatçı – mühəndis ixtisasını bitirmişdir. O, Nazirlər Sovetində şöbə müdiri, 35 yaşında 1974-1988-ci illər (14 il) Dövlət Baş Sənaye Tikinti Mexanizasiya İdarəsinin rəisi, 1989-1992-ci illərdə Azərbaycan SRR Tikinti Materialları Sənayesi naziri, 1992-1996-cı illərdə Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır. 
Şərifov Abid Qoca oğlu 1957-1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini bitirərək, inşaat -mühəndisi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı şəhəri 2 saylı Trestin 25 saylı Tikinti İdarəsində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, 1971-1972-ci illərdə “Bakısosialtikinti” İdarəsində istehsalat şöbəsinin rəisi, baş mühəndisi, 1972-1980-ci illərdə “Bakıbaştikinti” Tikinti İdarəsinin rəisi, 1980-1988-ci illərdə SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin “Azərnəqliyyattikinti” Trestinin müdiri, 1988-1990-cı illərdə “Azərnəqliyyatyoltikinti” Layihə-Sənaye Tikinti Birliyinin rəisi, 1993-1995-ci illərdə “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin prezidenti işləmişdir. Bir sıra mühüm əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsinə böyük əmək sərf etmişdir. SSRİ-nin Fəxri Nəqliyyat işçisi, Azərbaycan əməkdar inşaatçısı A.Şərifov 1995-ci ildən hal hazıra kimi Azərbaydcan Respublikası Baş Nazirin müavini işləyir.
 İsmayıl Rza oğlu Sadıqov 1957-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1962-ci ildə həmin İnstitutun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib, müəllimlik fəaliyyəti üçün saxlanılıb. 1973-1974-cü Materiallar müqaviməti kafedrasının müdiri vəzifəsində işləyib, ümumiyyətlə isə 1962-1983-cü illərdə baş laborant, assistent, baş müəllim, dosent, kafedra müdiri və partiya komitəsinin katibi vəzifələrində çalışıb.
1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1985-ci ildən texnika elmləri doktorudur. 1983-cü ildən Azərbaycan Nazirlər Kabineti (keçmiş Nazirlər Soveti) İşlər İdarəsinin şöbə müdiri vəzifəsində işləyir. 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə isə həqiqi üzvü seçilib. 1997-ci ildən bu günə kimi də AzMİU-da Materiallar Müqaviməti kafedrasının müdiridir.
 
Əhmədzadə Əhməd Cuma 1961-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1966-cı ildə institutu bitirərək mühəndis- hidrotexnik ixtisasına yiyələnib, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorsiya institutunda böyük mühəndis,  1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsinində böyük mühəndis, 1976-1978-ci illər Qax Rayon XDSİ Komitəsinin sədri, 1978-1980-ci illərdə Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan KP Füzuli RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir (Şamxor) RK-nın birinci katibi, 1991-ci ildə Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1991-1992-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı, 1993-2004-cü ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı ilə kimi Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Dövlət Agentliyinin baş direktoru, 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalişir.  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
 
Tağı Məhəmməd oğlu Əhmədov  1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Texnologiya” fakültəsini, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutununun “Körpülər və tunellər” ixtisasını bitirmişdir. 1988-1994-cü illər distansiya rəisi, 1994-1998-ci illər Tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. 2004-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.