Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq etmişdir. Strategiya Azərbaycanın inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirlər müəyyənləşdirilmişdir. Bununla əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində 2014-cü ilin yanvar ayında “Strateji planlaşdırma” şöbəsi yaradılmışdır. Şöbənin əsas vəzifələri təhsildə innovativ sistemləri haqda təkliflərin hazırlanması, universitet-biznes partnyorluğ münasibətlərin inkişaf etdirilməsi, müəllim və tələbələrin şirkətlərlə münasibətində körpü rolunu oynaması, universitetin dövlət qurumları, istehsalat sahələri və bizneslə strateji əməkdaşlığın genişlənməsi, bu əməkdaşlığın strategiyanın tələblərinə uyğun yenidən qurulması və digər əsas vəzifələrdən irəli gələn funksiyalardır.