Yaranma tarixi.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindən biri olan “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsi təhsil sistemində aparılan reformlarla əlaqədar olaraq Universitetin Elmi Şurasının 20.09.2001 tarixli qərarı və rektorumuz hörmətli Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə yaradılmışdır. Bu fakültə “Su təsərrüfatı tikintisi və ekologiya” və “Mühəndis sistem və qurğuları” fakültələrinin bazası əsasında təşkil edilmişdir.
          Fakültə.  Hal-hazırda fakültədə 4 istiqamət daxilində 9 ixtisas üzrə mütəxəssis hazırlanır. Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.
          Beynəlxalq əlaqələri. 2014-cü ilin mart ayında fakültənin “”Ekologiya mühəndisliyi” kafedrası və İngiltərənin Northampton Universiteti arasında “Tullantıların İdarə Olunması” ixtisası üzrə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən tələbələr birinci ili fakültədə, ikinci ili isə Northampton Universitetində təhsil almaqla iki magistr diplomu alacaqlar.


Fakültənin  “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan 6 nəfər II kurs magistr tələbəsi  2014-cü ilin sentyabr ayından Beynəlxalq “ECONANO” layihəsində iştirak etmək hüququ qazanmışdır. 
 Fakültə Qlobal Su əməkdaşlığı təşkilatının Asiya və Qafqaz üzrə Regional Texniki Məsləhət Komitəsi (Daşkənd şəhəri), Böyük bəndlər üzrə Beynəlxalq Komitə (London), HERZ (Avstriya) ilə sıx əməkdaşlıq edir.
Almaniyanın Köln və Hollandiyanın Zuyd Universitetləri ilə birlikdə 2005-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti AB-nin CD_JEP 25043(2004) TASİS-TEMPUS proqramı çərçivəsində layihədə iştirak edib. Bu layihə çərçivəsində magistr pilləsində «Enerji menecmenti (binalarda)» ixtisası üzrə mütəxəssislər hazırlanır.
Fakültənin Ziegen Universiteti, Northampton Universiteti, Florensiya Universiteti  ilə əlaqələri vardır.  
          Fakültədə tədris. Fakültədə tədris Azərbaycan və rus dillərində olmaqla, əyani və qiyabi əsaslarla aparılır.
Hal-hazırda fakültədə aşağıdakı  ixtisaslar  üzrə kadr hazırlığı aparılır:
 
Bakalar pilləsi üzrə
S/S İxtisasın adı İxtisasın kodu
Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi 050635
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 050637
Ekologiya mühəndisliyi 050649
Neft-qaz qurğuları mühəndisliyi 050607
Magistr pilləsi üzrə
S/S İxtisasın adı İxtisasın kodu
 1. Enerji menecmenti (Binalarda). İİM. 060628
   2. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 060635
   3. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 060637
   4. Ekologiya mühəndisliyi 060649
   5. Neft-qaz qurğuları mühəndisliyi 060607
 
Fakültənin tərkibində 5 kafedra fəaliyyət göstərir:
  1. Hidrotexniki qurğular və hidravlika – kafedra müdiri  dos. Qənbərov E.S.
  2. İstilik-qaz təchizatı və ventilyasiya – kafedra müdiri  t.e.n.  prof. Məmmədov N.Y.
  3. Hidrotexniki meliorasiya və hidrologiya – kafedra müdiri  t.e.n. dos. Qəhrəmanlı Y.V.
  4. Ekologiya mühəndisliyi –kafedra müdiri  t.e.d., prof. Əliyev F.Q.
  5. Ali riyaziyyat –  kafedra müdiri  t.e.n. prof. Lətifov F.S.
          Fakültənin təcrübə sahələri.  Fakültədə təhsil alan tələbələr tədris və texnoloji təcrübələri  ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Səhmdar Cəmiyyəti,.Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Ə.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və ET İnstitutu, Bakı şəhəri istilik idarəsi, Neft-qaz tikinti trestində həyata keçirirlər.
          Tədqiqat   istiqamətləri.  Fakültədə «Bina və qurğuların mikroiqlimini təmin edən sistemlərin və regional qaz təchizatı sistemlərinin etibarlığının və səmərəliliyinin yüksəldilməsi», «Differensiallanan çoxdəyişənli funksiyalar fəzalarının ümumi nəzəriyyəsinin qurulması və onun xüsusi törəməli differensial tənliklər nəzəriyyəsinə tətbiqi», «Çay və kontinental şelf hidrotexniki qurğu və konstruksiyaların möhkəmlik və dayanıqlıq məsələlərinin tədqiqi», «Azərbaycan Respublikası ərazisində irriqasiya, kollektor-drenaj sistemlərinin və torpaqların meliorasiya vəziyyətinin tədqiqi», «İstilik təchizatı sistemlərində dəniz və şirin suların kombinələşdirilmiş üsulla emalının ekoloji təmiz və iqtisadi səmərəli texnologiyasının işlənməsi və tədqiqi» və «Neft tərkibli istehsalat tullantı sularının təmizlənməsi üçün yığcam qurğuların yaradılması və texnoloji parametrlərinin tədqiqi» mövzuları üzrə elmi-tədqiqat işləri yerinə yetirilir.
Elmi-tədqiqat işlərinin nəticəsi olaraq, elmi əsərlər çap olunur. Fakültə nəzdində «Ekologiya və su təsərrüfatı» adlı elmi-texniki istehsalat jurnalı nəşr olunur. Fakültənin professor-müəllim heyətinin elmi əsərləri «Известия высших технических учебных заведений Азербайджана» jurnalında, «Экоэнергетика» jurnalında, AMEA-nın «Xəbərlər» (Yer elmləri) jurnalında, Moskvanın «Естественные и технические науки» jurnalında, Kiyevin «Новая тема» jurnalında, Moskvanın «Актуальные проблемы современной науки» jurnalında, «Azərbaycan aqrar elmi» jurnalında, «Neft təsərrüfatı» jurnalında və başqa jurnallarda çap olunmuşdur. 
Fakültənin professor-müəllim heyəti tərəfindən 520 elmi məqalə, 54 dərslik və dərs vəsaitləri, 15 metodik vəsait çap olunmuş və 12 patent alınmışdır.
“Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”  fakültəsində tədris olunan fənlər üzrə aşağıdakı dərslik və dərs vəsaitləri çap olunmuşdur.
1. Əliyev F.Q. və b. Ekologiya , 2012
2.  Məmmədov N.Y. Müasir isitmə sistemləri, 2006.

3. Feyziyev H.Q., Cəlilov M.F. İstilik təchizatı, 2007. 

3. Əliyev F.Q., Məmmədov N.Y., Əkbərova S.M. Su və hava hövzələrinin çirklənmələrdən qorunması, 2008. 

4. Cəlilov M.F. Alternativ regenerativ enerji sistemləri, 2009.

5. Hacıyev Y.Z. İnşaat istilik fizikası, 2009.

6. Mahmudov R.S. Suqəbuleidici qurğular, 2008.

7. Mahmudov R.S. Su kəməri şəbəkələri, 2006.
 
 
Dekan: Musayev Zakir Səməd oğlu
Tel: (+994 50) 616 63 34
Dekan müavini:  Zərbəliyev Mansur Sabir oğlu
Tel: (+994 50) 424 54 44

Ünvan: Az 1073, Bakı, A. Sultanova küçəsi, 11
Tel:  (+994 12) 539 06 19
Mob: (+994 50) 616 63 34