Strateji planlaşdırma şöbəsinin əsas funksiyalarından biri olan şirkətlərlə universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətindəki işləri uğurla davam etməkdədir. 2014-2015-ci illər ərzində universitetdə bir çox profillər üzrə fəaliyyət göstərən laboratoriyalar və mərkəzlər fəaliyyətə başlamışdır.


Embawood şirkəti ilə əməkdaşlıq
AzMİU ilə Embawood şirkəti arasında Memorandum imzalanaraq təməli qoyulan əməkdaşlığın iri miqyaslı layihələrlə davam etdirilməsi planlaşdırılır. Bunun müqabilində universitetdə bu il Memarlıq, İnşaat, İnşaat texnologiyaları fakültələri üçün nəzərdə tutulmuş Taxta emalatxanasının açılması nəzərdə tutulmuşdur.



Akkord şirkəti ilə Memorandumun imzalanması
Akkord şirkətinin Qazax beton zavodu ilə Universitet arasında əməkdaşlıq memorandumu imzalanmışdır və eyni zamanda universitetdə İnşaat texnologiyaları kafedrası üçün nəzərdə tutulmuş tədris-sınaq laboratoriyasının yaradılması planlaşdırılır və artıq ilkin işlər görülmüşdür. 

     
Holcim laboratoriyasının fəaliyyətə başlaması

2015-ci ilin oktyabr ayında universitetdə Holcim şirkəti ilə birgə İnşaat texnologiyaları kafedrası üçün nəzərdə tutulmuş “Yapışdırıcı materialların və betonların sınağı  laboratoriya” –sı  yaradılmışdır. Laboratoriyada yerləşdirilən texnika sınaq işlərinin tam Avropa standartlarına uyğun şəkildə yerinə yetirilməsinə imkan verəcəkdir.


     
     Paşa Holding laboratoriyasının fəaliyyətə başlaması

Paşa Holding-in İnşaat fakültəsinin İnşaat konstruksiyaları kafedrası üçün nəzərədə tutulmuş “İnşaat konstruksiyalarının müayinəsi və tətbiqi” laboratoriyası açılmışdır. Ayrılan böyük maliyyə vəsaiti nəticəsində laboratoriya ən son texniki standartlara cavab verən avadanlıqlarla təhciz olumuşdur və hesab edirik ki, ölkəmizdə inşaat sahəsində analoqu olmayan laboratoriyalardan biri olacaqdır. Bu amili nəzərə alaraq  deyə bilərik ki, universitetdə bu tipli laboratoriyaların açılması yeni nəsil memar və inşaat mütəxəssislərinin yetişdirilməsində əvəzsiz roy oynayacaqdır.



    Təmiz Şəhər Mərkəzinin fəaliyyətə başlaması
Universitetlə Təmiz Şəhər ASC arasında qurulan əməkdaşlıq uğurla davam etməkdədir. Bunun təzahürü olaraq bu il Universitetdə Ekologiya kafedrası üçün nəzərədə tutulmuş “Təmiz Şəhər Mərkəzi” fəaliyyətə başlamışdır. Mərkəzin təntənəli açılış mərasimində Təhsil Nazirinin müavini Ceyhun Bayramov universitet, şirkət rəhbərliyi və digər nümayəndələr iştirak etmişdir.
  Mərkəzin yaradılmasında məqsəd tələbələr üçün ekspertlər tərəfindən seminarların təşkili, prezentasiyaların keçirilməsi və digər fəaliyyətlərdir.


      Aksesuar İnşaat Mərkəzinin fəaliyyətə başlaması
      2014-cü ildə işlərinə başlanan 2015-ci ilin əvvəllərində tam hazır olan “Aksesuar İnşaat Məzkəzi” fəaliyyətə başlamışdır. Mərkəz Memarlıq fakültəsinin Dizayn ixtisası üçün nəzərdə tutulmuş memarlıq, dizayn sahələrində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, şirkət mütəxəssislərinin cəlb edilərək seminarların keçirilməsi məqsədi daşıyır. Eyni zamanda 3D MAX, AutoCat, ArchiCat və başqa proqamlarla işləmək imkanı yaradacaq.


“Strateji planlaşdırma” şöbəsinin əsas vəzifələrindən biri də şirkət və koorparasiyalar ilə   strateji əməkdaşlıq qurmaqdır. Fəaliyyətə başladığı  müddət ərzində böyük şirkətlərlə partnyorluq əlaqələri yaratmış və müqavilələr imzalanmışdır.








 
Tələbələrin təcrübəyə yollandığı şirkətlər
Universitet tələbələrinin əyani biliklərinin daha da təkminləşdirilməsi məqsədi ilə öz sahələri üzrə böyük şirkətlərdə və tikinti obyektlərində təcrübə keçmişlər. Bir-neçə şirkət tələbələrə 2013-2014 tədris ili ərzində yay təcrübəsi təşkil etmiş və onların praktiki biliklərə yiyələnmələrinə çox yardımçı olmuşdur.






Adlı təqaüdlər təşkil edən şirkətlər
2013-2014 tədris ili ərzində Universitetimizdə “SİNAM” şirkəti və “REGİON TV” müxtəlif adlarda müsabiqələr təşkil etmişlər. Belə müsabiqələr rəqabətin artması ilə yanaşı qalib gələn tələbələrin mükafatlandırılması da  stimullaçdırıcı rol oynayır.