Formanı doldurub sp.azmiu@gmail.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Formalar yalnız elektron variantda qəbul edilir!


FORMA




      Azərbaycan Memarlıq və İnşaat Universitetində  differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb
      
Dövlət başçısının “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-nı təstiq etməsi ilə təhsildə prioritet istiqamətləri müəyyənləşdirməklə yanaşı universitetimizdə stimullaşdırıcı mexanizimlərin  təkminləşdirilməsi yönümündə işlərin görülməsinə zəmin yaratdı.
Azərbaycan Memarlıq və İnşaat Universitetində də tətbiq edilən “Daxili qiymətləndirmə” layihəsi bir başa bu prinsiplərə xidmət edir.
Layihənin hazırlanmasında bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülmüşdür. Layihənin əsas vəzifəsi mütəxəssislərin hazırlıq keyfiyyətini yüksəltməkdir və Universitetin inkişaf prioritetlərinə müəllimlərin diqqətini cəlb edərək, onların potensialının bu istiqamətlərdə daha da dolğun reallaşdırılmasının motivasiyasıdır. Eyni zamanda, müəllimlərə differensial əmək haqqı verməklə stimullaşdırıcı mexanizimləri təkminləşdirmək və universitetdə sağlam rəqabəti formalaşdırmaq qarşıya məqsəd qoyulub.
AzMİU-da 2015-2016-cı tədris ili üçün Daxili qiymətləndirmə layihəsi tətbiq edilmişdir. Qiymətləndirmə sistemində təhsilverənin il boyu pedaqoji, elmi-metodik işlərinin keyfiyyəti, beynəlxalq təhsil sisteminə inteqrasiyası, təhsildə müasir texnologiyaların tətbiqi və tələbələrin rəyi öz əksini tapmışdır. Müəllimin bütün  fəaliyyəti konkret göstəricilərlə və onlara verilən ballarla qiymətləndirilmiş və attestasiya müəllimin reytinqini və kateqoriyasını müəyyənləşdirmişdir.
          Müəllimin kateqoriya üzrə mükafatlandırılması bir tədris ili müddətində aylıq əmək haqqına edilən əlavələr ilə icra olunur. Cari tədris ili üçün Universitetin Elmi şurasının təqdimatı ilə kateqoriyaların verilməsi rektorun əmri əsasında təsdiq olunmuşdur.
Azərbaycan Memarlıq və İnşaat Universitetdində hər il Daxili qiymətləndirmə layihəsinin tətbiqi planlaşdırılır və bu layihə təhsil xidmətinin keyfiyyətinin təkmilləşməsinə əlavə təkan olacaqdır.
          Strateji planlaşdırma şöbəsinin layihəsi olan “Daxili qiymətləndirmə”  AzMİU-nun professor-müəllim heyətinin universitet  daxili attestasiya qaydalarını tərtib  etmişdir. “Daxili qiymətləndirmə”  layihəsi akademik heyətin əməyinin qiymətləndirilməsinin sistem şəklinə gətirilməsi, onların əmək haqlarının ölçüsünün yerinə yetirdikləri işlərin nəticələrinə görə daha dəqiq nəzərə alınması və müəllimlərin kateqoriyalara bölünməsi zəruriyyətini yaradır. Bununla əlaqədar bir sıra xarici ölkələrin qabaqcıl universitetlərinin professor-müəllim heyətinin fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsinin prinsipləri əsas götürülür. Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ən yaxşı müəllimlər ədalətli seçilsin və işdə yaxşı göstəricilərinə görə mükafatla təltif olunsunlar. Strateji planlaşdırma şöbəsinin bu layihəsi universitet  rəhbərliyi tərəfindən müsbət  rəylə  qarşılanmışdır.
        Eyni zamanda  “Daxili qiymətləndirmə” layihəsi Fransanın Paris şəhərində Descartes universitetində  keçirilən beynəlxalq konfransda maraqla qarşılanmış və dekabr ayında işıq üzü görəcək dünyada  seçilmiş məruzələr toplusuna salınmışdır.