İnnovativ Biznes İnkubator Mərkəzinin son illərdəki fəaliyyəti
          Biznes İnkubator Mərkəzi tərəfindən son bir neçə ildə bir çox layihələri reallaşdırmışdır:
         2016-2017-ci illəri üçün Biznes İnkubator Mərkəzi tərəfindən yeni layihə işlənib hazırlanır. Paşa Holding tərəfindən maliyələşdirilən layihədə universitet əməkdaşları və tələbələri iştirak edirlər. Layihənin məqsədi Qarabağ bölgəsində ermənilər tərəfindən dağıdılmış memarlıq abidələrinin qədim çertyojlar əsasında 3D modellərini yaratmaqdır.

Tarixi kökləri önə çıxarmaq və gənclərimizdə vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə “Qarabağ abidələrinin 3D modelləşdirilməsi” layihəsinə start verilmiş və 2 mərhələ reallaşdırılmışdır.

"Memarın Yaddaşı" adlı layihənin 3-cü seriyası Alban memarlığa həsr olunmuşdur. Layihənin icrasında Strateji planlaşdırma şöbəsinin əməkdaşları universitetin müəllim heyəti və tələbələr iştirak edirlər. 

         2017-ci il də həmçinin Universitetin MİT fakültəsinin tələbəsi tərəfindən təklif olunan “ÖYRƏN VƏ ÖYRƏT” layihəsi reallaşdırılır. Çox funksıyalı öyrənmə programı sadə bir (wep sayt ) ünvandan ibarətdir. Buraya qeydiyyat yolu ilə öz informasiyalarını (şəxsi məlumatlarını) yerləşdirib daxil olmuş şəxs öz şəxsi otağında(WEP ünvan) ÖYRƏN VƏ ÖYRƏT sahələri ilə tanış olur.
         Xarici ölkələrdə bir çox ödənişsiz dərs təşkil edən wep portal mövcuddur lakin bu saytlar dərsləri video görüntü şəklində tərtib etdiyi üçün öyrənən istifadəçi öyrədənlə birə-bir münasibətdə olmur ki, bu da öyrənmə prosesinə olduqca mənfi təsir göstərir.
         Eyni zamanda bu il AzMİU Erasmus proqramı çərçivəsində bir neçə layihə təqdim etmişdir. Bunlardan “Start up” ilə bağlı layihə avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş və ən yaxşı layihələr siyahısına salınmışdır. Lakin müəyyən maddi kəsimlər səbəbindən layihə maliyyələşdirilməmişdir.  
         Eləcə də Türkiyənin OTDU Texnokentin direktoru Tolga Özbulat universitetdə olmuşdur. Səfər zamanı universitetin rəhbərliyi və əməkdaşları ilə görüşmüşdür.
 

Biznes İnkubatorun startapçısı tərəfindən təqdim olunan layihə İKT Fondun müsabiqəsində qalib olmuşdur
      Azərbaycan Memarlıq və İnşaat Universitetində 2015-ci ilin sentyabr ayından yaradılan İnnovativ Biznes İnkubator Mərkəzi tələbələr və gənc startapçılara icarə üçün yer verən, məsləhət hüquqi və digər xidmətlərlə kömək edən mərkəzdir.   İnnovativ Biznes İnkubator Mərkəzinin fəaliyyətiBiznes İnkubator Mərkəzi tərəfindən İKT Fondun  3-cü qrant müsabiqəsinə 4 layihə təqdim edilmişdir. Biznes İnkubator Mərkəzinin startapçısı və eyni zamanda MİT fakültəsinin tələbəsi olan Namət Məmmədzadə tərəfindən təqdim olunan RobiGuide adlı layihəsi ilə qalib gəlmişdir. RobiGuide yeni bir personajdır. Layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq turizm agentliklərinə müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə pul ödəməyə ehtiyac olmayacaq. Turist (və ya yerli əhali) əplikeyşını mobil telefona yükləyərək şəhərə çıxdığı zaman telefonuna məlumatlar əldə edəcək. Eyni zamanda, proqramın telefona yüklənməsi ilə yaxınlıqda olan memarlıq abidələrinin dəqiq ünvanı və onun tarixi haqqında geniş informasiyası əldə olunacaq. Layihənin büdcəsi 12 min manat təşkil edir.

 

Biznes İnkubatorun yaradılmasında ilk addımların atılması
 
      İlk biznes inkubatorlar ötən əsrin 50-ci illərində ABŞ-da meydana gəlib. Hazırda biznes inkubatorlar bütün dünyada mövcuddur və müvəffəqiyyətlə fəaliyyət göstərir.
      Biznes inkubator - başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün onlara icarə üçün yer verən, məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır.
      Biznes inkubatorun yaradılmasının əsas məqsədi gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Biznes inkubatorun yaradılması sahibkarlığın inkişafına, xüsusilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinəgöstərilən növbəti dəstək tədbiridir.
        Artıq Azərbaycan Memarlıq və İnşaat Universitetində də biznes inkubatorun yaradılması istiqamətində ilk addım atılmışdır.
        2015-ci il  aprel ayında Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova,  mütəxəssisi Valeriya Konyuxova  və Tələbə Gənclər Təşkilatının sədr müavini Mehdiyev Haşımdan ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes inkubator" layihəsi ilə tanış olunması və öyrənilməsi məqsədi ilə göndərilmişdir.Görüş zamanı layihə rəhbərləri öz təcrübələrini bölüşmüş və layihənin universitetimizdə reallaşması üçün lazımi tövsiyələrini vermişlər. 
        Eyni zamanda may ayında Ukraynanın ən böyük Biznes İnkubatorunun rəhbəri Anna Deqteryova, AzTelekom şirkətinin internet texnologiyaları şöbəsinin müdiri Fuad Nəsirov və Happy Farm Biznes İnkubatorun rezidentləri rektor Gülçöhrə Məmmədova ilə görüşmüşdür.
        2015-ci iyul ayında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun  başçılığı ilə “Azərbaycanda start-up layihələrin inkişafına dəstək” adlı tədbir keçirilmişdir. Tədbirdə bir çox universitet və təhsil müəssisələrindən nümayəndələri iştirak etmişdir.Görüş zamanı Əli Abbasov tədbir iştirakçılarının çıxışlarını dinləmiş və öz fikirlərini bildirmişdir. Ü.Səttarova öz çıxışında universitetimizdə bu il fəaliyyətə başlayacaq start-up layihələrin reallaşacağı “Biznes İnkubator” mərkəzi haqqında məlumat vermiş və layihə nazir tərəfindən müsbət qarşılanmışdır.
       Universitetdə tələbələr üçün artıq bir neçə aydır elan olunan “İnnovativ Biznes Layihə” adlı müsabiqə sona çatmışdır. Prosesin yekununda təqdim olunan layihələrə universitet rektoru və ekspertlər tərəfindən baxılmış və qərar verilmişdir. Proyektlərdən ikisi kriteriyalara və parametrlərə uyğun hesab edilərək seçilmişdir. Qalib iştirakçıları “Memarlıq”  fakültəsinin tələbəsi Qasımova Süsən və “Mexanikləşdirmə və İnformasiya Texnologiyaları” fakültəsinin tələbəsi Məmmədzadə Namət seçilmişdir.
       Biznes inkubatorun yaradılması ilə universitetimizdə perspektivli biznes sahələrinin inkişafına, eləcə də gənclərin məşğulluq səviyyəsinin artırılmasına nail olunacaqdır.