Universitetimiz dünya reytinq jurnalında “Ən yaxşı tikinti ideyası” nominasiyası üzrə qalib olmuşdur
 
                   Dünya şirkətlərini və universitetlərini bir çox profillər üzrə qiymətləndirən The New Economy Awards jurnalının 2015-ci il buraxılışında Azərbaycan Memarlıq və İnşaat Universiteti Best Construction Solutions (Ən yaxşı tikinti ideyası) nominasiyası üzrə qalib olmuşdur və təmənnasız olaraq jurnalın Education (Təhsil) bölməsində dünyanın qabaqcıl universitetlərindən olan Harvard, Colorado, Cambridge, Toronto universitetləri ilə bir siyahıya adı salınmışdır.
            Qeyd edilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti innovativ tikinti xidmətləri təklif edir və ölkədə tikinti sahəsində inkişafın sürətləndirilməsinə bir başa kömək edir. 

      http://www.theneweconomy.com/awards/2015

      



               Azərbaycan Memarlıq və İnşaat Universiteti ikinci dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olmuşdur


        Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa Birliyi tərəfindən yaradılan U-Multirank beynəlxalq reytinq sisteminə ikinci dəfə ciddi tələblərə cavab verən universitetlərdən biri olaraq daxil olmuşdur. Bu siyahıya daxil olmaq ali təhsil müəssisələrində təhsilin əhatəli qiymətləndirilməsi ilə yanaşı, həm də universitet üçün yeni perspektivlər açır və xüsusi ilə xarici tələbələrin Azərbaycan universitetləri haqqında daha çox informasiya əldə etmələrinə imkan yaradır.
        Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu reytinqə daxil olmuşdur.
Universitetimiz bu il də öz kateqoriyasını qoruyub saxlamış və Avropa ekspertləri tərəfindən yüksək kateqoriya ilə qiymətləndirilmişdir.


http://www.umultirank.org/#!/explore?trackType=explore&sightMode=undefined&section=exploreUniversityDetail&detailUniversity=1781