AzMIU üçüncü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olmuşdur       
U-Multirank, Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 4-cü ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir.
Bu il dünyanın 1500 universiteti yüksək nəticələr əldə etməklə bu bazaya daxil olmaq imkanı əldə etmişdir. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərə əsaslanaraq, tələbələr onları maraqlandıran universitetlər haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər.
 Azərbaycan Memarlıq və İnşaat Universiteti bu il Mexanika və informasiya texnologiyaları və İnşaat fakültələri ilə Multirank reytinq bazasına daxil olmuşdur. Qeyd edək ki, universitetimiz ilk dəfə olaraq 2015-ci ildə bu reytinqə daxil olmuş və Avropa ekspertləri tərəfindən qiymətləndirilərək bu il olduğu kimi yüksək kateqoriya  almışdır.






Universitetimiz dünya reytinq jurnalında “Ən yaxşı tikinti ideyası” nominasiyası üzrə
qalib olmuşdur

 
                   Dünya şirkətlərini və universitetlərini bir çox profillər üzrə qiymətləndirən The New Economy Awards jurnalının 2015-ci il buraxılışında Azərbaycan Memarlıq və İnşaat Universiteti Best Construction Solutions (Ən yaxşı tikinti ideyası) nominasiyası üzrə qalib olmuşdur və təmənnasız olaraq jurnalın Education (Təhsil) bölməsində dünyanın qabaqcıl universitetlərindən olan Harvard, Colorado, Cambridge, Toronto universitetləri ilə bir siyahıya adı salınmışdır.
            Qeyd edilmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti innovativ tikinti xidmətləri təklif edir və ölkədə tikinti sahəsində inkişafın sürətləndirilməsinə bir başa kömək edir. 

      http://www.theneweconomy.com/awards/2015

      



               Azərbaycan Memarlıq və İnşaat Universiteti ikinci dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olmuşdur


        Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa Birliyi tərəfindən yaradılan U-Multirank beynəlxalq reytinq sisteminə ikinci dəfə ciddi tələblərə cavab verən universitetlərdən biri olaraq daxil olmuşdur. Bu siyahıya daxil olmaq ali təhsil müəssisələrində təhsilin əhatəli qiymətləndirilməsi ilə yanaşı, həm də universitet üçün yeni perspektivlər açır və xüsusi ilə xarici tələbələrin Azərbaycan universitetləri haqqında daha çox informasiya əldə etmələrinə imkan yaradır.
        Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu reytinqə daxil olmuşdur.
Universitetimiz bu il də öz kateqoriyasını qoruyub saxlamış və Avropa ekspertləri tərəfindən yüksək kateqoriya ilə qiymətləndirilmişdir.


http://www.umultirank.org/#!/explore?trackType=explore&sightMode=undefined&section=exploreUniversityDetail&detailUniversity=1781