Muzeyin nəzdində Sərgi salonu fəaliyyət göstərir. Sərgi salonunda Universitetin əməkdaşlarının və təhsil alan tələbələrinin, magistrlərın, elmi işçilərin qrafiki, dizayn, şəhərsalma, qədimi memarlıq abidələrin bərpası, landşaft memarlığı, yeni tikililər, istilik-qaz təchizatı, tunellər, körpülər və s. layihə işləri, maketlər, heykəltəraşlıq,  rəsm və əl işləri, xarici səfərlərlə bağlı layihələr  nümayiş etdirilir. 
     YUNESKO-nun dünya irsi siyahısına daxil edilmiş “İçəri –Şəhər” Dövlət Tarixi Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi Bədii Qoruğu, “Atəşgah məbədi” kompleksi, qalalar, karvansaraylar və s. əhəmiyyətli abidələr tələbələrimizin gözü ilə adlı layihə, rəsm, foto sərgilər təşkil edilir.
     Foto sənəti tələbələrin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verənlərə fərdi münasibət bildirməyə imkan verir. Sərgi salonunda bir neçə dəfə layihələrin, həvəskar rəssamların, fotoqrafların sərgi- müsabiqəsi keçirilmiş, müsabiqənin qalibləri mükafata layiq görülmüşlər.


             Sərgi salonunda ənənəvi olaraq hər ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin ad gününə həsr edilmiş sərgi təşkil olunur. Sərgidə ulu öndərin həyat və yaradıcılığını əks etdirən əsərlər nümayiş olunur. 
     Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş torpaqlarımızda, Dağlıq Qarabağda qalan tarixi abidələrimizi əks etdirən əsərlər də sərgidə vaxtaşırı yer alır. Buna şuşalı rəssam Rövşən Bayramovun "Şuşa lövhələri"adlı sərgisini misal göstərmək olar.  
Sərgi salonunda 70-dən çox müəllim və tələbələrimizin Almaniya, Misir, Türkiyə, İtaliya və s. ölkə memarlarının, tanınmış sənətkarların sərgiləri təşkil edilmişdir.
     Eyni zamanda müəllim və tələbələrimiz xarici ölkələrdə beynəlxalq görüş, konfrans və simpoziumlardan sonra hesabat sərgilərinin keçirilməsini də qeyd etmək olar.
Universitetimizin Muzey və Sərgi salonuna gələn insanlar, alimlər, sənətkarlar, dövlət, elm və mədəniyyət xadimləri, siyasi iş adamları, məzun tələbələr, xarici qonaqlar məmnunluqla öz ürək sözlərini Muzeyin və Sərgi salonun “Xatirə kitabı”na qeyd edirlər.
     Əlbəttə hər bir muzey aid olduğu sahənin elmi- tədqiqat beşiyi olmalıdır. Bu mənada AzMİU-nun Tarixi muzeyi də istisna deyil, Milli adət-ənənələrimizi yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur.
Universitetin Tarixi Muzeyinə onun yarandığı ilk gündən bu günədək Gülmira Seyfulla qızı Məmmədova rəhbərlik edir.

 
































Əlaqə telefonları: komutator 539-10-31, 539-10-45, daxili 1-48